Orqanların daşlaşmasının qarşısını alan üsul tapıldı
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Orqanizmin özü-özünə hücum etdiyi və daxili orqanların fəaliyyətini iflic edən ağır xəstəliklərdən biri ilə bağlı tibb dünyasında mühüm yenilik baş verib. Seçenov Universiteti və Rusiya Elmlər Akademiyasının alimləri sistemli sklerodermiya zamanı fərqli simptomlara qarşı ən təsirli dərman vasitələrini müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, bu xəstəlik zamanı dərinin, ağciyərlərin, ürəyin və böyrəklərin toxumaları sərtləşərək fibrozlaşır, qan damarları isə ciddi zədələnir. Mütəxəssislər 2 mindən çox xəstənin iştirak etdiyi
32 fərqli klinik araşdırmanın nəticələrini riyazi modelləşdirmə üsulu ilə birləşdiriblər. Tədqiqat nəticəsində 23 növ hədəf preparatın orqanizmə təsiri təhlil olunub.
Riyazi model göstərib ki, xəstəliyin fərqli formalarında müalicə yanaşması da fərqli olmalıdır. Məsələn, dəri qatı bərkiməyə başlayanda iltihab əleyhinə siqnal yollarını bloklayan preparatlar daha yaxşı nəticə verir. Lakin xəstəlik ağciyərlərə keçdikdə və tənəffüs funksiyası pozulduqda, immun sisteminin B-hüceyrələrinə təsir edən rituksimab və belimumab kimi vasitələr özünü daha effektiv doğruldur.
Alimlər həmçinin müəyyən ediblər ki, tətbiq olunan müalicənin maksimum effektinin yarısı yalnız altı aydan sonra özünü büruzə verir. Bu fakt həm həkimlərin müalicə planı qurması, həm də yeni dərmanların hazırlanması baxımından həlledici əhəmiyyət kəsb edir.
Həmçinin oxu:
iPhone işlədənlərə təcili xəbərdarlıq
'Bu maşını almayın, peşman olacaqsınız'
Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildi
Yəni, sistemli skleroz kimi mürəkkəb xəstəlikdə hər simptomun öz "qalibi" var. Dəri problemləri üçün bir qrup, ağciyər fəsadları üçün isə tamamilə başqa qrup dərmanlar daha sürətli və keyfiyyətli kömək edir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Alimlər orqanların çatlamadan dondurulması üçün yeni üsul hazırlayıb
26 Noyabr 2025 10:58
Ölkəmizdə orqanların qara bazarının formalaşmasının qarşısını almaq üçün ağır cəzalar mövcuddur
07 Noyabr 2024 12:33
Bu orqanların istintaq idarələri birləşdirilir ÖZƏL
17 Mart 2026 14:13
Orqanların köçürülməsi kimlərə və necə aparılır?
22 Aprel 2026 18:50
Qəbiristanlıqda torpaq ayrılması üçün orqanların siyahısı dəyişdi
04 Noyabr 2024 18:46
Baxış sayı:176
Bu xəbər 24 Aprel 2026 02:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları