Icma.az
close
up
RU
Orta Dəhliz in əhəmiyyəti günbəgün ARTIR

Orta Dəhliz in əhəmiyyəti günbəgün ARTIR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanda keçirilən "New Silk Way" (“Yeni İpək Yolu”) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu zamanı Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolları şirkətlərinin rəhbərləri tranzit qatarların rahat işləməsini təmin etmək və onların hərəkət müddətlərini daha da azaltmaq məqsədi daşıyan birgə fəaliyyət planı imzalayıblar. 

“Cebheinfo.az”-ın məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən “Birinci kanal” “Gürcüstan Dəmir Yolları” (GDY) dövlət nəqliyyat şirkətinə istinadən belə xəbər verir.

Şirkətdən verilən məlumata görə, sənəd tərəflərin yaratdığı Birgə İşçi Qrupun hesabatları nəzərə alınmaqla hazırlanıb. Bu nəticələr bütün nəqliyyat dəhlizi marşrutu boyunca – Altınkoldan (Çinlə sərhəd) Qara dəniz limanlarına qədər olan fiziki yoxlama və proseslərin təhlilinə əsaslanır.

“Saziş “Orta Dəhliz”də həm infrastruktur, həm də əməliyyat və logistika sahələrində mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, o cümlədən gömrük prosedurlarının başa çatdırılması üçün tələb olunan vaxtın azaldılmasını nəzərdə tutur. 

Sənəd işin yerinə yetirilməsi üçün konkret müddətləri və cavabdeh strukturları müəyyən edir. Birgə Fəaliyyət Planı “Orta Dəhliz”in inkişafında mühüm addımdır.

Əldə edilən razılaşma regional əməkdaşlığın gücləndirilməsinə, tranzit potensialından tam istifadəyə, Avropa və Asiya bazarları arasında yükdaşımaların həcminin artırılmasına töhfə verəcək”, - “Gürcüstan Dəmir Yolları” dövlət nəqliyyat şirkətinin bəyanatında belə deyilir.

Qeyd edilən üçtərəfli saziş Gürcüstanın “Orta Dəhliz”ə marağının artmasından xəbər verir. Bu isə Zəngəzuir dəhlizinin açılması istiqamətində konkret razılaşmaların əldə olunması ilə izah oluna bilər.

Yəni Ermənistan ərazisindən “Tramp marşrutu”nun yaradılmasına dair razılaşmanın icrası istiqamətində artıq işlərə başlanılması Gürcüstanı hərəkətə gətirib. Münaqişə səbəbindən Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələri indiyə qədər bağlı olduğundan Türkiyə və Avropa bazarlarına yeganə çıxış yolu Gürcüstan üzərindən keçib.

“Tramp marşrutu”nun fəaliyyətə başlaması ilə Çin, Mərkəzi Asiya və Avropa arasında  daşımaların diversifikasiyası yaranacaq. Üstəlik, Azərbaycan-İran-Naxçıvan MR arasında inşa edilən “Araz dəhlizi” bu marşrutların sayını artıracaq.

Qazaxıstanda imzalanmış üç ölkənin dəmir yolları şirkətləri arasında imzalıanmış sənəd Gürcüstanın “Orta Dəhliz” vasitəsilə həyata keçiriləcək nəqliyyat-tranzit daşımaları sahəsində regional rəqabətin artmasından xəbər verir. 

Hazırda yük daşımaları və enerji kommunikasiyalarının Qərbə çıxışında coğrafi mövqeyinə görə yeganə inhisarçı sayılan Gürcüstan bu imkanları itirəcəyindən narahatdır.

Xüsusilə də Gürcüstanla müqayisədə Zəngəzur dəhlizinin daha qısa məsafəyə malik olması onun ötürücülük qabiliyyətini də sürətli və əlverişli edir. Bu baxımdan, rəsmi Tiflis  “Tramp marşrutu”nun “Orta Dəhliz”in əsas ticarət yoluna çevriləcəyini düşünür. 

Gürcüstan tərəfinin gömrük qaydalarını sadələşdirməsi də yüklərin “Orta Dəhliz” vasitəsilə, yəni Qazaxıstanın Aktau limanından Bakının Ələt limanına, oradan isə dəmir yolu ilə iki istiqamətdə, eləcə də əksinə ötürülməsinə hesablanıb.

Bu marşrutlardan biri Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyə-Avropa, digəri isə Gürcüstanın Qara dəniz limanları vasitəsilə Avropaya və ya əks istiqamətdə daşınmasından ibarətdir. Belə ki, Gürcüstan Cənubi Qafqazın əsas tranzit ölkəsi funksiyasını özündə saxlamağa çalışır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında kifayət qədər maraqlı olsa da, Gürcüstanın da iştirakına müsbət yanaşır.

“Orta Dəhliz”dən keçən yollar birləşdiyi Azərbaycan bu prosesdə əsas logistika mərkəzidir. Eyni zamanda, Azərbaycan təhlükəsizlik baxımından tranzit marşrutunun bir istiqamətdə cəmlənməsini arzulamır. 

Ona görə də Zəngəzur dəhlizi  ilə yanaşı, Gürcüstan üzərindən daşımaların həyata keçirilməsi regionun kənar qüvvələr tərəfindən bloklanması imkanlarını aradan qaldırır. Digər tərəfdən, nə Bakı-Tiflis dəmir yolu, nə də Zəngəzur dəhlizi ayrılıqda Cənubi Qafqaza daxil olan bütün yükləri ötürmək gücündə deyil.

Yüklərin həcminin çox böyük olması bir istiqamətdə tıxac yarada bilər. Ona görə də əlavə marşruta ehtiyac yaranır. Rusiya-Ukrayna müharibəsinin ilk dövründə Gürcüstan dəmir yolunda yaranan uzun tıxaclar bunu sübut edir.

“Tramp marşrutu”nda tikinti-bərpa işlərinin başa çatmasından sonra Zəngəzura böyük yük axınının baş verəcəyi gözlənilir ki, bu da alternativ nəqliyyat-tranzit vasitəsi kimi Gürcüstan dəmir yollarına marağı artıra bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: "Orta Dəhliz" Bakı-Tiflis-Qars

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri