Icma.az
close
up
RU
Orta Dəhliz uzaq Çini Azərbaycana və Avropaya yaxınlaşdırır

Orta Dəhliz uzaq Çini Azərbaycana və Avropaya yaxınlaşdırır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Marşrutun illik nəqletmə imkanı 10 milyon tona çatıb

Bu gün beynəlxalq hesabatlarda qarşıdakı illərdə Azərbaycanın Transxəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) heç vaxt olmadığı qədər ehtiyac yarandığı, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığı vurğulanır. Eyni zamanda, Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inam olduğu, eləcə də Azərbaycanda bu marşrutun inkişafı məqsədilə bütün lazımi infrastrukturun, o cümlədən müasir dəniz limanının inşa edildiyi, hazırda isə onun genişləndirilməsi istiqamətində iş aparıldığı bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev də Orta Dəhlizin inkişafına və modernləşdirilməsinə diqqət və həssaslıqla yanaşır, dəhliz çərçivəsində yerləşən infrastrukturların fəaliyyətinin səmərəliyinin artırılmasına xüsusi önəm verir. Məsələn, ölkə rəhbəri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının indiki 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyətinin yetərli olmadığnı bildirir və onun ümumi yükaşırma qabiliyyətinin 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEU-ya çatdırılmasını zəruri hesab edir. Dövlətimizin başçısının sözlərinə görə, əgər bu deyilənlər reallaşarsa, o zaman təkcə Çindən deyil, həm də Mərkəzi Asiyadan həcmi artan yükləri qəbul etmək imkanı yaranar.

Azərbaycan hazırda Orta Dəhliz çərçivəsində dəmir yollarının modernləşdirilməsini sürətlə gerçəkləşdirir. “Azərbaycan Dəmir Yolları”nın (ADY) bu barədə məlumatında Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilir. Eyni zamanda, layihənin icrasının Bakı – Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və bu dəhlizdə mövcud darboğazın aradan qaldırılması məqsədi daşıdığı vurğulanır.

Qeyd edək ki, Orta Dəhlizin inkişafı və səmərəliyinin artırılması çərçivəsində bu günə kimi Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık – Moyıntı dəmir yolu hissəsində ikinci, Almatıdan yan keçən xəttin, eləcə də Poti limanında bu il işə salınması nəzərdə tutulan konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, 2025-ci ilin ortalarına qədər Aktau limanında konteyner qovşağının inşası, eləcə də Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında fəaliyyət göstərəcək öz bərələrini alması planlaşdırılıb.

Hazırda respublikamızda Bakı limanının 2-ci fazasının tikintisi davam etdirilir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük qabiliyyəti artırılır, eləcə də ölkəmizin dəmir yolları üçün vaqon parkının yenilənməsi nəzərdə tutulur, dəmir yollarının Ələt – Böyük Kəsik hissəsinin modernləşdirilməsi sürətlə həyata keçirilir.

Gürcüstan tərəfində keçid dəmir yolunun modernləşdirilməsi üzrə işlər artıq başa çatdırılıb və ilin sonunadək bu marşrutda ötürücülük qabiliyyətini artırmaq məqsədilə əlavə lokomotivlərin alınması planlaşdırılıb. Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyası zəruri informasiya dəstəyini həyata keçirir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa Orta Dəhlizdə yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyi gerçəkləşdirir.

“Azərbaycan Dəmir Yolları” QSC Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlara fəal qoşulub. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb.

TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin cənub qanadındakı ölkələrin səmərəli fəaliyyətə cəlb edilməsini sürətləndirməkdir. Onu da qeyd edək ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyona tona yüksəlib. Bu il üçün isə 5,2 milyon ton daşınma proqnozlaşdırılıb. Orta Dəhlizlə daşınan yüklərin ümumi həcmi 2024-cü ildə 7 milyon 981 min ton olub. Daşımaların 45,2 faizi dəmir yolu, 31,7 faizi avtomobil nəqliyyatı və 23,1 faizi isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Tranzit yüklərin payı 60,2 faiz təşkil edib.

Prezident İlham Əliyev bu il yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan – Çin münasibətləri, respublikamızın şaxələnmiş xarici siyasəti və Orta Dəhlizin potensialından danışarkən iki ölkə arasında əməkdaşlığın son illər xüsusən iqtisadi –ticari sahədə daha da inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, müsahibəsində Çin və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə də toxunub: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”

Prezident İlham Əliyev və Çin Dövlət Şurasının Sədri Si Cinpin arasında 2024-cü ilin iyulunda keçirilən görüş çərçivəsində iki ölkə lideri tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunması da münasibətlərin daha da yaxınlaşmasına müsbət təsir göstərir. Adıçəkilən bəyannamə Azərbaycan və Çin arasında qarşılıqlı maraqları və əməkdaşlıq sahələrini genişləndirməklə yanaşı, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədi daşıyır.

Yeri gəlmişkən, sözügedən həmin görüşdə dövlətimizin başçısı Bəyannamənin qəbulunu böyük uğur adlandırıb: “Ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik”.

Görüş zamanı Çin Sədri Si Çinpin də, öz növbəsində, iki ölkə arasındakı əlaqələrin səmimiyyətə və qarşılıqlı etimada əsaslandığını vurğulayıb: “Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin – Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb”.

Bu gün Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 300-ə yaxın şirkət qeydə alınıb. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində icra olunan infrastruktur layihələrində Çin şirkətlərinin fəaliyyəti getdikcə genişlənib. Məsələn, “Huawei” şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” təşəbbüslərinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib.

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi davamlı olaraq artır. Çin şirkətləri respublikamızda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Onların ölkəmizə böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiyaya, sahibkarlıq və biliyə əsaslanan sənaye iqtisadiyyatına keçidi uğurla gerçəkləşdirib. Tətbiq edilən vergi və kredit güzəştləri, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.

İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Prezident İlham Əliyev bu il yanvarın 20-də isə Davosda Çinin CGTN telekanalına müsahibəsində Orta Dəhlizin əhəmiyyəti barədə də danışıb. Dövlətimizin başçısı söhbətində Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyinin, sadəcə, tranzit ölkəsi kimi tranzitdən ödənişlər almaqdan ibarət olmadığını deyib və respublikamızın özəl sektora bundan faydalanmağa kömək etmək, dəhlizin keçdiyi ərazilərimizdə müəssisələr yaratmaq olduğunun mühüm vəzifə kimi qarşıya qoyulduğunu bildirib.

Xatırladaq son illər ərzində Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi getdikcə artıb. Azərbaycanın düşməndən təmizlənən ərazilərində istifadəyə verilən beynəlxalq hava limanları bu istiqamətdə önəmli rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra isə artıq regionun tranzit potensialının daha da güclənəcəyi əminliyi yaranıb.

Orta Dəhliz marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.

İndi marşrut Çin – Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur.

Burada bir məsələni də qeyd etmək istərdik. Azərbaycan Çinlə Avropa İttifaqı (Aİ) arasında ən önəmli nəqliyyat qovşağına çevrilməklə yanaşı, bütün bölgənin iqtisadi inkişafını şərtləndirəcək yeni layihəyə başlayıb. Belə ki, Qazaxıstandakı “Kaşağan” yatağından ilk test xam neft partiyası Xəzər dənizindən keçməklə Aktau–Bakı marşrutu ilə daşınıb. Daşınma “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə gerçəkləşdirilib.

Orta Asiya və Cənubi Qafqazdan keçən Orta Dəhlizin əsas funksiyası Şərqdən Qərbə enerjidaşıyıcılarının və konteyner daşımalarının intensivliyi ilə miqyasının artırılmasıdır. Bir zamanlar çox böyük ümidlər bəslənən və az qala “yeni əsrin ən böyük, qlobal layihəsi” kimi təqdim edilən, Çinin təşəbbüsü olan “Bir kəmər – bir yol” layihəsindən fərqli olaraq Orta Dəhliz səmərəliliyi ilə diqqət çəkir.

Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan tərəfindən Orta Dəhliz marşrutunun inkişaf etdirilməsi nəzərdə tutulur. Ekspertlərin hesablamalarına görə, marşrutun illik potensialı 10 milyon metrik ton və ya 200 min konteynerdir. Dörd ölkə daxili şirkətlər üçün vahid tarifləri müəyyənləşdirmək, habelə yükdaşıma şirkətlərinin fəaliyyətini sadələşdirmək niyyətindədir.

V.BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see196

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see145

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see139

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see139

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see138

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see136

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see132

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see128

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see124

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see122

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see121

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see121

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see120

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see118

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri