Icma.az
close
up
RU
Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır

Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edir ki, bu mövzu Fransa Prezidentinin ötən il Qazaxıstana səfər zamanı da müzakirə edilib:

“Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. 

Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.  

Fransanın EDF şirkəti Qazaxıstandanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir. Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Kasım-Jomart Tokayevin mövqeyi belədir ki, atom elektrik stansiyasının tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. 

Bu Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Misal üçün Rusiya Dövlət Atom Enerjisi Korporasiyası (“Rosatom”) da Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir. Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub”. 

Onun sözlərinə görə, 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib:

“Bu 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışırlar. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. 

Digər tərəfdən Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə birgə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür.  

Kasım-Jomart Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb. Tokayev həmin məqalədə iki ölkə arasındakı münasibətləri strateji adlandırıb. 

Tokayev məqalədə “Orta dəhliz” layihəsinin əhəmiyyətini vurğulayaraq bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb. 

Tokayev Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Qazaxıstan Prezidentinin məqalədə “Orta dəhliz”in həmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki, Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu məhz “Orta dəhliz” vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. 

Yəni Qazaxıstan uranı “Orta dəhliz”in tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir”.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri