Icma.az
close
up
RU
Orta Dəhliz və nəqliyyat əməkdaşlığı Azərbaycan və Gürcüstanın qlobal

Orta Dəhliz və nəqliyyat əməkdaşlığı Azərbaycan və Gürcüstanın qlobal

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində diqqət mərkəzində olan əsas mövzulardan biri nəqliyyat və logistika sahəsində əməkdaşlıq olmuşdur. Bu istiqamətdə Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

Görüşlər zamanı qeyd olunmuşdur ki, Azərbaycan və Gürcüstan Asiya ilə Avropanı birləşdirən mühüm körpü rolunu oynayır. Bu coğrafi üstünlük hər iki ölkəyə beynəlxalq nəqliyyat sistemində strateji mövqe qazandırır. Xüsusilə Orta Dəhliz layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçərək regionun əsas nəqliyyat damarına çevrilmişdir. Bu dəhliz vasitəsilə yük daşımalarının həcmi artır və qlobal ticarət əlaqələri daha da genişlənir.

Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində hər iki ölkə ciddi addımlar atmışdır. Dəmir yolları, avtomobil yolları, liman infrastrukturu və logistika mərkəzlərinin modernləşdirilməsi nəticəsində regionun tranzit imkanları genişlənmişdir. Bu isə beynəlxalq yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır.

Eyni zamanda, nəqliyyat layihələri iqtisadi inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Tranzit gəlirlərinin artması, yeni iş yerlərinin yaradılması və regionlararası əlaqələrin güclənməsi bu sahədə əldə olunan əsas nəticələrdəndir. Gürcüstanın Qara dəniz limanları və Azərbaycanın Xəzər dənizi üzərində yerləşən limanları arasında qurulan əlaqələr Avropa ilə Asiya arasında alternativ və etibarlı marşrutun formalaşmasına imkan verir. Bu marşrut qlobal geosiyasi dəyişikliklər fonunda daha da aktuallaşır.

Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlıq siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə də xidmət edir. Azərbaycan və Gürcüstan beynəlxalq  layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək regionda əməkdaşlıq mühitinin
formalaşmasına töhfə verirlər.

Səfər zamanı bu sahədə yeni təşəbbüslərin müzakirə olunması və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müəyyənləşdirilməsi göstərir ki, nəqliyyat sahəsi gələcəkdə də iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olacaqdır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin yaratmışdır. Orta Dəhliz layihəsi isə bu əməkdaşlığın ən parlaq nümunəsi olaraq regionun qlobal əhəmiyyətini artırmağa davam edir.

Fikrət Cahangirov,

YAP S.Rüstəm küçəsi 33 üzrə ərazi partiya təşkilatının  sədri,

Bakı Slavyan Universitetinin tədris məsələləri üzrə prorektoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri