Icma.az
close
up
RU
Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın investisiya potensialını artırır

Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın investisiya potensialını artırır

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Moody`s”: Azərbaycanın BAA3 reytinqi maliyyələşdirmə çevikliyini əks etdirir

Beynəlxalq reytinq agentliyi “Moody`s” regionda baş verən geosiyasi münaqişələr və logistika fraqmentasiyalarının artdığı, eyni zamanda yeni tarif qaydalarının tətbiqinin təsiredici xarakter aldığı bir mühitdə alternativ ticarət marşrutlarının, o cümlədən Mərkəzi Asiya və Qafqazı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı nikbin ehtimallarını açıqlayıb. Agentliyin ekspert qrupunun təhlillərinə əsasən, Orta Dəhlizə üzrə tranzit daşınmalarının yüksəlməsi və bu coğrafiyada yerləşən dövlətlərin infrastruktur yenilənilməsi istiqamətində davamlı səyləri sözügedən nəqliyyat arteriyasının regional geoiqtisadi nüfuzunu və investisiya qabiliyyətini gücləndirir. Orta Dəhlizdə fəal yer alan və daim infrastrukturların yenilənməsinə maliyyə vəsaitləri cəlb edən Qazaxıstan, Azərbaycan və Gürcüstan “Moody`s” tərəfindən investisiyayönümlü  ölkələr kimi səciyyələndirilir.

Agentliyin qiymətləndirmələrinə görə, Orta Dəhlizin inkişafı region adıçəkilən ölkələrinin suveren kredit keyfiyyətinin güclənməsinə töhfə verir və investisiya reytinqlərinin artırılması üçün zəmin yaradır. Qeyd edək ki, “Moody`s” bir müddət əvvəl Qazaxıstanın kredit reytinqini BAA1, proqnozunu isə sabit), Azərbaycanın uzunmüddətli reytinqini BAA3, proqnozunu müsbət, Gürcüstanın reytinqini isə BA2, proqnozunu mənfi səviyyəsində təsdiqləyib. Bu ölkələr arasında yalnız Azərbaycanın reytinq proqnozu investisiya dərəcəli səviyyəsində müəyyən edilib. Bu göstəricinin təsdiq edilməsi Azərbaycanın iqtisadi və maliyyə sektorunda baş verən irəliləyişlərdən qaynaqlanır. Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu göstəricilərindən birini və maliyyələşdirmə çevikliyini təmin edən əhəmiyyətli suveren aktivlərin mövcudluğunu əks etdirir. Müsbət amillər arasında iqtisadiyyatda xarici valyutanın adekvat təklifi, maliyyə sisteminin dollarlaşmasının azalması, Mərkəzi Bankın likvidlik idarəetməsinin yaxşılaşması, məzənnə sabitliyini dəstəkləyən etibarlı valyuta ehtiyatları və xarici valyutada ifadə olunan Dövlət Neft Fondunun aktivləri əsas faktorlar kimi vurğulanır.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam modernləşdirilib

 “Moody`s”un qənaətinə görə, dövlətin birbaşa öz sərmayələri infrastrukturun müasirləşdirilməsini təmin edir və bu sahəyə yönəldilən vəsaitlər büdcə xərclərini artırsa da, fiskal balansı pozmur, digər güzəştli maliyyə mənbələrinə çıxış imkanları hesabına kompensasiya olunur. Sözsüz ki, burada xarici maliyyə institutları ilə nəqliyyat investisiyalarından söhbət gedir. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə təchizatçıları ilə səmərəli əməkdaşlıqlar şəraitində son illərdə nəqliyyat infrastrukturlarını modernləşdirib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirləri görülüb. Etibarlı və dayanıqlı maliyyə təchizatçılarından biri kimi Asiya İnkişaf Bakı regional nəqliyyat layihələrinin maliyyələşdirilməsində aparıcı donor kimi fəal rol oynayıb, avtomobil və dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 250 milyon dollardan çox kredit ayırıb. Habelə “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri yönəldilib. AİB hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək verməkdədir.

Gürcüstan və Qazaxıstanın Orta Dəhlizdə fəallığı artır

“Moody`s”un mövcud dəyərləndirmələri Azərbaycanın investiya cəlbedilciyinə işarə etməklə, və Orta Dəhlzidəki tərəfdaşları ilə birlikdə beynəlxalq maliyyə institutlarından nəqliyyat və logistika sektoruna yeni vəsaitlər yönəldilməsinə münbit şərait yaradır. Agentlik hesab edir ki, Orta Dəhliz infrastrukturunun inkişaf etdirilməsində Gürcüstan da xeyli işlər görüb, Qara dənizdəki limanlarda yenidənqurma işləri aparılıb. Qazaxıstan hökuməti isə Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturlarını tam müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirmək üçün yeni layihələr icra edir.  Qazaxıstanın milli dəmiryol operatoru olan “Kazakhstan Temir Zholy” SC-nin bu istiqamətdə roluna xüsusi diqqət yetirən “Moody`s” hesab edir ki, milli şirkətin strateji mövqeyi və aparıcı maliyyə instititutlarının benefisiarlığı sayəsində tranzitlərin şaxələnməsi reallaşır. Qazax hökuməti Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb və Orta Dəhlizdə yeni potensiallar yaranır. Belə ki, Kurik limanı Azərbaycanın Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilib. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilməkdədir. 

Logistikanın yenilənməsi və liman infrastrukturunun genişləndirilməsi

“Moody`s”un ekspert qrupunun qənaətinə görə, Orta Dəhlizin tam potensialının üzə çıxarılmasını məhdudlaşdıran çatışmazlıqlar da mövcuddur ki, beynəlxalq nəqliyyat icması və investisiya koalisiyası ilə birlikdə bunların da öhdəsindən gəlmək mümkündür. Belə ki, dəmir yollarının ötürmə qabiliyyətinin artırılması, köhnəlmiş logistikanın tam yenilənməsi, liman infrastrukturunun genişləndirilməsi, həmçinin gömrük prosedurlarında və normativ standartlarda koordinasiyasının təmin edilməsi üçün təsirli addımların atılmasına ehtiyac var.

Reytinq agentliyinin qeyd etdiyi məsələlər Orta Dəhlizin iştirakçılarını da qayğılandırır və bu istiqamətdə müvafiq konsepsiya hazırlanıb. Bir neçə ay əvvəl Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının iclasında yeni fəaliyyət planı müəyyənləşib ki, həmin plana Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün digər ölkələrdəki infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər daxildir. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələrinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi həmin tədbirdə Assosiasiya üzvləri 2025-ci il və qarşıdakı illərə dair yeni strateji hədəfləri müəyyənləşdiriblər. Həmin hədəflərdən biri tarif dərəcələrinə düzəlişlərdir.

Tranzit gömrük prosedurları sadələşdirilir

Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdə keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılıqlarını bəyan ediblər.

Beləliklə, “Moody`s” reytinq agentliyinin vurğuladığı kimi Orta Dəhliz tərəfdaşlarının investisiya reytinqləri beynəlxalq maliyyə institutları ilə əlverişli şərtlərlə sərmayələrin cəlb edilməsinə imkan yaratmaqla, dəhlizin logistika infrastrukturunun tam yenilənməsinə və Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin edilməsinə səbəb olacaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri