Icma.az
close
up
RU
Orta Dəhlizin aparıcı qüvvələri: Azərbaycan və Gürcüstan əməkdaşlığı

Orta Dəhlizin aparıcı qüvvələri: Azərbaycan və Gürcüstan əməkdaşlığı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsində xüsusi yerə malik olan Azərbaycan və Gürcüstan münasibətləri bu gün artıq sadəcə qonşuluq çərçivəsindən çox-çox irəli gedərək dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin həm tarixi köklərini, həm də gələcəyə yönəlmiş güclü perspektivlərini aydın şəkildə ortaya qoyur.

Əsrlərin sınağından çıxmış Azərbaycan–Gürcüstan dostluğu bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin "qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir” ifadəsi bu münasibətlərin rəsmi çərçivədən kənara çıxaraq səmimi və mənəvi bağlarla möhkəmləndiyini bir daha göstərir. Bu, diplomatik münasibətdən daha çox, ortaq yaddaş və ortaq dəyərlər üzərində qurulmuş bir birlikdir.

Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə də bir-birinə dayaq olan ölkələr kimi çıxış edir. Hər iki dövlət suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələlərində daim prinsipial mövqe sərgiləyərək bir-birini dəstəkləyir. Bu həm də regionda sabitliyin qorunmasına xidmət edən əsas amillərdən biridir. Gürcüstanda müşahidə olunan siyasi sabitlik və davamlı inkişaf Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və bu uğurlar dost ölkənin nailiyyəti kimi qəbul olunur.

İqtisadi əməkdaşlıq isə bu münasibətlərin ən konkret və ölçülə bilən tərəfidir. Ticarət dövriyyəsinin sürətlə artması, qarşılıqlı investisiyaların genişlənməsi iki ölkə arasında etimadın real nəticələrini göstərir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu  sərmayə sadəcə iqtisadi maraq deyil, eyni zamanda strateji dəstək və uzunmüddətli tərəfdaşlıq niyyətinin ifadəsidir. Azərbaycan investorlarının Gürcüstanda fəal iştirakı iqtisadi dinamikanın güclənməsinə və ümumi rifahın yüksəlməsinə mühüm töhfə verir.

Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin ən mühüm sütunlarından biri olaraq qalır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu prosesin başlanğıc nöqtəsi məhz Gürcüstandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr regionun iqtisadi xəritəsini dəyişməklə yanaşı, Azərbaycanla Gürcüstan arasında strateji bağlılığı daha da gücləndirib. Bu layihələr təkcə enerji daşımır, həm də etimad, əməkdaşlıq və sabitlik daşıyır.

Eyni zamanda, nəqliyyat sahəsində həyata keçirilən layihələr regionun geoiqtisadi əhəmiyyətini artırır. Orta Dəhliz vasitəsilə Azərbaycan və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşruta çevrilib. Bu dəhliz yalnız yük daşımalarını sürətləndirmir, həm də region ölkələri arasında iqtisadi əlaqələri genişləndirir, yeni imkanlar yaradır.

Cənubi Qafqazda formalaşan yeni reallıqlar isə bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bir zamanlar münaqişələrlə yadda qalan region bu gün sülh və əməkdaşlıq istiqamətində irəliləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh yalnız sənədlərlə deyil, real iqtisadi əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıqla möhkəmlənir. Gürcüstanın bu prosesdə oynadığı vasitəçi və körpü rolu xüsusi qeyd olunmalıdır.

Bu münasibətlərin uğurunda liderlər arasında formalaşmış qarşılıqlı etimad və dostluq əlaqələri də mühüm rol oynayır. Prezident İlham Əliyevin Gürcüstan rəhbərliyi ilə səmimi və açıq münasibətləri qəbul olunan qərarların effektivliyini artırır, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verir. Bu, dövlətlərarası münasibətlərin sadəcə rəsmi deyil, həm də insani və mənəvi ölçülərə malik olduğunu göstərir.

Bütün bunların fonunda Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha geniş miqyaslı layihələrin və təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır. Prezident İlham Əliyevin səfəri və verdiyi mesaj isə bir daha təsdiq edir ki, bu strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri