Icma.az
close
up
RU
Aydın Hüseynov: Azərbaycan Gürcüstan əməkdaşlığı Orta Dəhlizin qlobal ticarətdə rolunu gücləndirir

Aydın Hüseynov: Azərbaycan Gürcüstan əməkdaşlığı Orta Dəhlizin qlobal ticarətdə rolunu gücləndirir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər regionda dayanıqlı inkişafın, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın mühüm sütunlarından biri kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoq və qarşılıqlı iqtisadi əməkdaşlıq xüsusilə nəqliyyat-logistika sahəsində mühüm nəticələr verməklə Orta Dəhlizin dünya ticarətində rolunun artmasına ciddi töhfə verir.

“Hazırkı qlobal geosiyasi və iqtisadi şəraitdə beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi xüsusi aktuallıq kəsb edir. Ənənəvi nəqliyyat dəhlizlərində müşahidə olunan məhdudiyyətlər, geosiyasi risklər və artan yük həcmləri Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutlara marağı daha da artırıb. Bu kontekstdə Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz qlobal ticarət zəncirinin mühüm və etibarlı hissəsinə çevrilməkdədir. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna yönəltdiyi irihəcmli investisiyalar Orta Dəhlizin funksionallığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Xəzər dənizi hövzəsində yaradılmış müasir logistika imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, eləcə də ölkə ərazisindən keçən dəmir yolu və avtomobil magistrallarının modernləşdirilməsi yükdaşımaların sürətini və səmərəliliyini artırır”, - deyə Aydın Hüseynov vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan ilə Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin əsas sütunlarından biri olmaqla Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz bağlantılardan birini təmin edir: “Gürcüstanın Qara dəniz limanları ilə Azərbaycanın Xəzər üzərindən qurduğu inteqrasiya olunmuş nəqliyyat şəbəkəsi yüklərin fasiləsiz daşınmasına, multimodal daşımaların inkişafına və tranzit potensialının tam reallaşdırılmasına şərait yaradır. Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr yalnız tranzit imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda, region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə, ticarət dövriyyəsinin artmasına və yeni investisiya imkanlarının formalaşmasına təkan verir. Bu marşrut vasitəsilə Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında yükdaşımaların müddəti əhəmiyyətli dərəcədə azalır ki, bu da onu digər alternativ marşrutlarla müqayisədə daha cəlbedici edir”.

Aydın Hüseynov əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq da nəqliyyat layihələri ilə paralel şəkildə inkişaf edir və bu, regionun ümumi iqtisadi dayanıqlığını gücləndirir. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr iki ölkə arasında tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Deputat vurğulayıb ki, rəqəmsallaşma və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar Orta Dəhlizin effektivliyini daha da artırır. “Bir pəncərə” prinsipi, elektron sənəd dövriyyəsi və sürətli sərhəd keçid mexanizmləri yükdaşımaların vaxtını minimuma endirərək biznes üçün əlverişli mühit yaradır. Onun fikrincə, Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli siyasi münasibətlər və qarşılıqlı etimad bu layihələrin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Dövlət başçıları arasında müntəzəm təmaslar, imzalanan sənədlər və həyata keçirilən birgə təşəbbüslər Orta Dəhlizin davamlı inkişafını təmin edən əsas amillər sırasındadır.

Deputat qeyd edib ki, mövcud əməkdaşlıq modeli gələcəkdə daha geniş coğrafiyanı əhatə etməklə Orta Dəhlizin qlobal ticarətin əsas arteriyalarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Bu isə həm region ölkələrinin iqtisadi inkişafına, həm də beynəlxalq ticarət sisteminin daha dayanıqlı və şaxələndirilmiş şəkildə fəaliyyət göstərməsinə xidmət edir.

Müxbir - Vüqar Qurbanoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri