Icma.az
close
up
RU
Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir ŞƏRH

Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar regional və qlobal güclərin getdikcə bu dəhlizə olan marağının artmasına səbəb olur. Azərbaycanın bütün ikitərəfli saziş və bəyanatlarda qeyd etdiyi kimi, Zəngəzur dəhlizi bir sülh və tərəfdaşlıq dəhlizi olacaq, regionun və dünyanın aparıcı dövlətləri bu layihədən iqtisadi və ticari baxımdan geniş şəkildə fayda götürə biləcək. Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması həm də bölgənin blokadadan tam çıxması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpa olunmasına öz ciddi töhfəsini verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.

O qeyd edib ki, dünyada mövcud olan hərbi münaqişələr və toqquşmalar, ekoloji böhranlar fonunda quru yol əlaqəsi ən etibarlı nəqliyyat xətti kimi özünü isbat etməkdədir. Bu baxımdan Azərbaycanın səyləri əsasında formalaşan və reallığa çevrilən Orta Dəhliz layihəsi Şərq-Qərb tranzit imkanlarını genişləndirməklə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin də reallığa çevrilməsini özündə ehtiva edir. Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri və İranın nəqliyyat nazirinin Bakıda keçirilən görüşləri bu istiqamətdə atılan praktiki addımlardır və Orta Dəhliz qovşağının arealının nə qədər genişlənməkdə olduğunun göstəricisidir. Şübhəsiz ki, bu gün Rusiya Şimal-Cənub nəqliyyat və logistika imkanlarının genişləndirilməsində, bölgə dövlətləri olan İrana və Ermənistana quru yol çıxışının və tranzit imkanlarının genişləndirilməsində maraqlı görünür. Bu isə regional nəqliyyat qovşaqlarının şaxələndirilməsinə və inkişafına əlavə imkanlar açır.

Hazırda bölgəmizdə Orta Dəhlizlə bağlı əsas təşəbbüslə çıxış edən Azərbaycan bütün tərəflərlə səmərəli və qarşılıqlı maraqlara söykənən fəaliyyət aparır və bölgənin rifahına xidmət edən mövqe sərgiləyir. Artıq Qərbin aparıcı dövlətləri və Asiya regionun əksər ölkələri tərəfindən bu layihəyə müsbət mövqe və dəstək nümayiş etdirilir. Xüsusən Qərbin, ABŞ-ın Mərkəzi Asiya regionuna artan diqqəti fonunda bunu qeyd etmək yerinə düşər.

Əlbəttə ki, yüksək iqtisadi və ticari rəqabətlilik fonunda müxtəlif tərəflərin maraqlarını uzlaşdırmaq nə qədər mürəkkəb olsa da, Azərbaycan əksər qlobal güc mərkəzlərinin nəzərində Orta Dəhlizin əsas aparıcı dövlətinə çevrilməsini qəbul etdirə bilib. Bütün bunların fonunda, Hindistanın Azərbaycana qarşı düşmənçilik siyasəti və Ermənistanı silahlandırması, Modi rejiminin islamofob siyasəti Hindistanın özünü bu qlobal nəqliyyat dəhlizindən və bağlantılarından kənar qalmasına gətirib çıxara bilər və əgər Hindistan bu siyasətini davam etdirəcəyi təqdirdə, bu, onun Xəzər hövzəsi və Cənubi Qafqazdan təcrid olunması ilə nəticələnə bilər”.

Regionun digər dövləti və Hindistanla qonşu olan Pakistanın isə Azərbaycanla əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirən politoloq vurğulayıb: “Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı bu sahədə öz sözünü deyir. Hətta artıq Pakistan Ermənistanla əlaqələr qurur, oyundankənar vəziyyətdə qalan tərəf isə şübhəsiz ki, Hindistan olacaq. Bu gün ABŞ başda olmaqla, Qərb dövlətlərinin Mərkəzi Asiya regionuna artan marağı, Mərkəzi Asiya regionunun zəngin təbii sərvətlərinin və resurslarının Trans-Xəzər marşrutu üzərindən Cənubi Qafqaz vasitəsilə Qərbə daşınması planları bölgənin iqtisadi və ticari rolunu, çəkisini getdikcə artırır, regiona sülh, inkişaf, yeni əməkdaşlıq formatları vəd edir, uzaq Şərqi Asiya və Qərb dövlətlərinin Zəngəzur dəhlizinin reallaşmasına marağını daha da artırmış olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri