Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Avtobuslarda sərnişinlərin hər zaman qarşılaşdığı bir problem var. Bəzi sürücülər ön qapı dolduqda sərnişinlərin minməsi üçün orta və arxa qapını açırlar. Geri qalanlar isə qanuni səbəblərlə, cərimə tətbiq oluna biləcəyini əsas gətirərək orta və arxa qapını açmırlar.
Sürücülər sərnişinlərin minməsi üçün orta və arxa qapıları açdıqda qanuna əsasən cərimə olunurlarmı?
Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, qaydalara görə sərnişin ön qapıdan daxil olub ödəniş edib arxaya tərəf irəliləməlidir:
"Sıxlıq olanda bəzən sərnişinə güzəşt edilməsi yaxşı olardı. Cərimə məsələsi qanunda yoxdur, ola bilər ki, şirkətin öz daxili nizam-intizam qaydalarına görə belədir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















