Icma.az
close
up
RU
Avtobusda bıçaqlı insident: Sərnişin orta qapıdan avtobusa daxil olmaq istədi, olan, oldu RƏSMİ AÇIQLAMA

Avtobusda bıçaqlı insident: Sərnişin orta qapıdan avtobusa daxil olmaq istədi, olan, oldu RƏSMİ AÇIQLAMA

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakıda sərnişinlə 30 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü arasında bıçaqlı imsident yaşanıb. Bu barədə jurnalist Esmira Cavadova məlumat verib. Jurnalist xanım aidiyyəti qurumlara müraciət edərək şahidi olduğu xoşagəlməz hadisə barədə bunları deyib: 

“Saat 17.30 radələrində “Xətai metrostansiyası” yaxınlığında (FHN Yanğından Mühafizə İdarəsinin qarşısındakı dayanacaqda) sərnişini olduğum 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə bir sərnişin arasında mübahisə düşdü. Deməli, sərnişin avtobusa orta qapıdan mindi, sürücü yerə düşməsini tələb etdi. Sərnişin düşüb ön qapı tərəfə gələndə sürücü tez qapıları bağlayıb maşını yerindən tərpətdi. Sərnişin də tənbəllik eləməyib avtobusun dalıyca qaçdı, qarşıdakı dayanacaqda yetişib sürücünü söydü. Sürücü də onu çox pis ifadələrlə söyüb avtobusdan düşdü, sərnişinin dalıyca qaçdı. Sərnişin də eləmə tənbəllik, əlindəki torbadan yekə bir bıçaq çıxartdı. Avtobusdakl ikişi sərnişinlər aşağı düşüb bunları ayırmağa çalışdı, avtobusun içərisindəki uşaqlar, yaşlı qadınlar qorxdu. Sərnişinlər bunları ayırmağa çalışdıqca bunlar daha da qızışır, qaçıb avtobusun o biri tərəfində bir-birlərinə hərbə-zorba gəlirlər. Küçənin ortasında kriminal film çəkirdilər elə bil”.

E.Javadova aidiyyəti qurumlara müraciət edərık hadisənin araşdırmasınl xahiş edib: “Aidiyyəti qurumlar ərazidəki kameralardan hər şeyi aydın görüb yəqin. Tıxacları yara-yara gələn avtobus sərnişinlə dolu idi, tərpənmək mümkün deyildi, iki avaraya görə adamlar havasız avtobusda bu sıxlıqda 10 dəqiqədən çox nəfəsləri kəsilə-kəsilə qaldı. Üstəlik də bu yazdıqlarımı pəncərədən gərginliklə izləyə-izləyə. Sərnişinin əlində yekə bıçağı görən qadınlar, uşaqlar əsirdi. Evdən çıxanda mənzil başına sağ-salamat gedib çatmaq istəyən bir sərnişin kimi bu gün mənə və avtobusdakı digər qadınlara, uşaqlara stres yaşadan hər iki xuliqanın cəzalandırılmasını xahiş edirəm”. 


“BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbə müdürü Əsmər Əliyeva “Sherg.az”a açıəqlamasında qeyd etdi ki, “BakuBus”MMC-nin istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-759 dövlət qeydiyyat nömrəli avtobusda sürücü və sərnişin arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında dərhal daxili araşdırma aparılıb: 

- Araşdırma zamanı videomüşahidə kameralarının görüntüləri əsasında  müəyyən edilib ki, ictimai nəqliyyatdan istifadə qaydalarını kobud şəkildə pozaraq sərnişin orta qapıdan avtobusa daxil olmaq istəyərkən , nəqliyyat vasitəsini idarə edən sürücü İbrahimov Səxavət tərəfindən ona irad bildirilib və bu zəmmində tərəflər arasında münaqişə yaranıb. Baş vermiş hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib və hazırda aidiyyəti qurum tərəfindən araşdırma aparılır. İnsidentlə bağlı yekun rəy verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri