Icma.az
close
up
RU
Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu

Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Azərbaycanda kiçik və orta biznes iqtisadiyyatın, xüsusən də ticarət və xidmət sektorunun aparıcı qüvvəsidir. Ölkəmizdə böyük rəqabət olan pərakəndə ticarətdə kiçik və orta bizneslərin, şəbəkə marketlərinin davamlı inkişafı diqqət çəkir. Ticarət sektoru daha çox kiçik biznes subyektlərindən və fərdi sahibkarlardan ibarət olsa da, bu seqmentdə orta biznes də əhəmiyyətli mövqeyə malikdir. Onlar əhalini ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin etməklə yanaşı, ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyəti kimi məsuliyyətli missiya da daşıyırlar. Bunlarla yanaşı, şəbəkə marketləri yerli istehsalın və tədarükçülərin inkişafında xüsusi rol oynayır. Yəni həm öz istehsal müəssisələrini qururlar, həm də yerli fermerlərin yetişdirdikləri məhsulları almaqla ticarət şəbəkələri vasitəsi ilə istehlakçılara çatdırırlar. Bununla şəbəkə marketləri həm də qısa və optimal ərzaq tədarükü zəncirinin yaradılmasında mühüm rol almış olurlar. Yerli bazarda belə aparıcı şirkətlərdən biri də Veysəloğlu Şirkətlər Qrupudur.

Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanda pərakəndə ticarət şəbəkəsi kifayət qədər diqqət çəkən və hər il davamlı artan böyük dövriyyəyə sahibdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə ölkəmizin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.

2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir. Bu isə o deməkdir ki, pərakəndə ticarət şəbəkəsində əsas bazar iştirakçısı özəl biznes, sahibkarlardır. 2024-cü ildə əvvəlki ilə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artmışdır. Təsəvvür edin ki, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları almışdır. Bütün bu xidməti onlara göstərən isə ticarət sahəsində fəaliyyət göstərən biznes, kiçik və orda sahibkarlıq subyektləridir.

Müsbət haldır ki, ticarət sektorunda 2025-ci ildə də davamlı artım meyilləri müşahidə olunur. Bu isə bu sektordakı əlverişli biznes və investisiya mühitindən xəbər verir. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında isə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır. 2025-ci ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51 faizi ərzaq məhsullarının alınmasına sərf edilib. Pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211,0 manatlıq qeyri-ərzaq malları almışdır.

Ölkə iqtisadiyyatında muzdla işləyənlər daha çox məhz ticarət sektorundadır. Belə ki, 2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,757 milyon nəfər nəfər olub, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət, 877,5 min nəfəri isə özəl sektordadır. Muzdla işləyənlərin 18,7 faizi və ya 328,6 min nəfər ticarət sektorundadır ki, bu da məşğulluq baxımından həmin sektorun nə qədər əhəmiyyətli olduğunu göstərir. Şəbəkə marketləri yeni iş yerlərinin yaranmasında, xüsusən də qadınların və gənclərin işlə təmin olunmasında aparıcı mövqeyə malikdir.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir. Veysəloğlu daim inkişafda olan, yeniliklərə açıq, bazarın tələblərinə uyğunlaşmağa bacaran, rəqabətə davamlı bir şirkətdir.

Son 9 ildə 450 milyon manat investisiya yatırılan şirkətin 25 minə qədər əməkdaşı var. Hər il böyüyən şirkətdə ildə 2500 yeni iş yeri yaradılır, yaxın illər ərzində bu rəqəmin 3000-nə çatdırılması hədəflənir. Şirkətlər qrupu hər il öz imkanlarını artırır, əhatə dairəsini genişləndirir, sərmayələrini çoxaldır, ticarət şəbəkələrinə yalnız tərəfdaşlarının deyil, həm də özünün istehsal etdiyi məhsulları çıxarır. Şirkətin missiyası müştəriləri münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək, əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir.

Şirkətlər Qrupu topdan satış və distribusiya fəaliyyətinə “Veysəloğlu” dirstribusiya şirkətini qurmaqla başlamışdır. Hazırda Şirkətlər Qrupu dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddən çox məhsulunu ölkə üzrə distribusiyasını həyata keçirir və qida məhsullarının topdan və pərakəndə satışı üzrə ölkədə aparıcı mövqeyə malikdir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, hazırda Azərbaycanın ən böyük logistika şirkəti olan “AVT logistics” şirkətinin anbarı 50 min kv. metr ərazini əhatə etməklə Qafqazda ən böyüyüdür. “AVT logistics” ən müasir avadanlıqlarla təchiz olunub, böyük imkanlara malikdir. Ticarət şəbəkləri məhz bu anbardan məhsulla təmin olunur. Məhəmmədi Logistika Mərkəzi hər gün ölkənin 4500 nöqtəsində müştərilərə mal çatdırır.

Şirkətin Abşeron rayon Məhəmmədi qəsəbəsində Logistika Mərkəzi və “Xonça” fabriki var. 2016-cı ildə fəaliyyətə başlayan “Xonça” fabriki ölkənin şirniyyat sahəsində milli brenddir. Fabrikin hazırda “Araz” supermarketlər şəbəkəsinin 180 mağazasında bölməsi mövcuddur. 2019-cu ildə bütün məhsulların donmuş formada istehsalı, saxlanılması və satışına başlanılıb. Beləliklə, “Xonça” Fabriki bütün çörək, bulka və tort çeşidlərinin donmuş formada təminatı gücünə malik olub. Fabrikin yaradılması şirkətin bütün satış sahələrində keyfiyyəti bir mərkəzdə birləşdirərək standart keyfiyyət və gigiyenanı təmin etmək məqsədi daşıyıb. Bu məqsəddən çıxış edərək marketlər daxilində məhsul istehsalı dayandırılıb, yalnız mərkəzləşmiş donmuş və bişmiş məhsul istehsalına nail olunub. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir. “Xonça” Fabrikindən donmuş yarımfabrikat olaraq təmin edilən məhsullar mağazada fermentasiya prosesini keçərək bişirilir və müştərilərə təqdim edilir. “Xonça” Fabrikində qida təhlükəsizliyi idarəetmə sistemi mayalı və mayasız un-qənnadı və çörək-bulka məmulatlarının, o cümlədən tortlar, milli şirniyyatlar istehsalı sahəsində tətbiq edilib.

Şəbəkə mağazaçılıq sektoruna 2011-ci ildə "Araz" supermarketlər brendini yaradaraq daxil olan Şirkətlər Qrupu, daha sonra, 2014-cü ildə ölkəyə ilk dəfə beynəlxalq pərakəndə markasını - SPAR-ı gətirib. Ölkə əhalisinin hər birinə xidmət göstərməyi hədəfləyən Qrup, 2016-cı ildə yüksək endirimli (hard-discount) mağazaçılıq modelini - "OBA" marketlər şəbəkəsini açıb. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alaraq pərakəndə ticarət şəbəkəsini daha da genişləndirib. 2022-ci ildə Almaniya brendi olan "Rossmann" mağazalar şəbəkəsini yerli istehlakçılara təqdim edib. Bir sözlə, hazırda ölkə üzrə 1600 saydan çox pərakəndə satış nöqtəsi ilə əhaliyə xidmət göstərən Şirkətlər Qrupu şəbəkə marketçilik sahəsində ölkə üzrə qabaqcıl mövqeyə malikdir, uğurlu inkişaf tarixinə malik olmaqla gündəlik müştəri sayı 1 milyona yaxındır. Bütün bunlar isə bir şirkətin timsalında ölkədə biznesin inkişafında pərakəndə ticarət sektorunun rolundan xəbər verir...

Cavid Şahverdiyev

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see327

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see206

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see157

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see143

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see142

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see131

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see129

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri