Icma.az
close
up
RU
Orta və kiçik sahibkarlığın inkişafında pərakəndə ticarətin rolu: Qlobal perspektiv və Azərbaycan təcrübəsi

Orta və kiçik sahibkarlığın inkişafında pərakəndə ticarətin rolu: Qlobal perspektiv və Azərbaycan təcrübəsi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 aprel, Tərgül Babayeva, AZƏRTAC

Müasir dövrdə pərakəndə ticarət sektoru yalnız istehlakın təminatçısı kimi deyil, həm də iqtisadi inkişafın aparıcı mexanizmlərindən biri kimi çıxış edir. Xüsusilə də orta və kiçik sahibkarlığın inkişafı baxımından bu sahənin rolu əvəzolunmazdır. Azərbaycanda pərakəndə ticarətin strukturlaşdırılması və genişlənməsi yerli istehsalçılar üçün sabit bazar yaratmaqla, onların iqtisadi mövqeyini gücləndirməyə imkan verir. Artıq minlərlə sahibkarlıq subyekti şəbəkə marketləri ilə əməkdaşlıq edərək öz məhsullarını daha geniş auditoriyaya təqdim edə bilir.

Bu əməkdaşlıq yalnız satışla bitmir. Yerli sahibkarlar bu prosesdə istehsal texnologiyalarını yeniləyir, məhsul keyfiyyətini artırır və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə başlayırlar. Beləliklə, pərakəndə ticarət yalnız məhsul dövriyyəsi deyil, həm də biznesin modernləşməsi üçün bir platforma rolunu oynayır.

AZƏRTAC pərakəndə ticarətin orta və kiçik sahibkarların inkişafındakı funksional rolunu araşdıraraq oxuculara təqdim edir.

Əhalinin artan tələbatı və ticarət dövriyyəsinin dinamikası

İstehlak bazarının böyüməsi və əhalinin gündəlik tələbatının artması pərakəndə ticarətin daim genişlənməsinə səbəb olur. Əhalinin gündəlik istehlak davranışı bu sektorun inkişafına birbaşa təsir edir. Məsələn, 2025-ci ilin ilk üç ayı ərzində Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 14,6 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artım deməkdir. Bu artım təkcə iqtisadi fəallığın göstəricisi deyil, həm də yerli istehsal və təchizat zəncirinin inkişaf potensialını göstərir.

Əhalinin ay ərzində bir nəfərə düşən orta pərakəndə ticarət xərcləri isə 475 manatdan çox olub. Bu göstərici həm alıcılıq qabiliyyətinin, həm də bazarın tələbat yaratmaq gücünün artdığını sübut edir. Belə bir mühitdə yerli istehsalçıların şəbəkə marketlərə inteqrasiyası daha da aktuallaşır və pərakəndə sektor orta və kiçik sahibkarların böyüməsi üçün real şans yaradır.

Pərakəndə ticarət sektorunun inkişafı ölkədə logistika sisteminin də yenilənməsi və optimallaşdırılması ilə müşayiət olunur. Mərkəzləşdirilmiş anbarlar, regionlara xidmət göstərən paylama mərkəzləri və rəqəmsal idarəetmə modelləri sayəsində məhsulların daha sürətli və təhlükəsiz çatdırılması mümkün olur. Bu isə xüsusilə ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edən satış şəbəkələri məhsulun mənşəyi, daşınma və saxlanma şəraiti ilə bağlı nəzarət mexanizmlərini təkmilləşdirir. Beləliklə, istehlakçının hüquqları qorunur, eyni zamanda, istehsalçıların texniki və sanitar bilikləri artırılır.

Pərakəndə ticarətdə institusional üstünlüklər

Pərakəndə ticarət sektoru Azərbaycan iqtisadiyyatında həm iqtisadi aktivliyi stimullaşdıran, həm də sosial inteqrasiyanı gücləndirən vacib bir sahədir. Bu sektor yalnız məhsul alqı-satqısı ilə məhdudlaşmır, o, həmçinin minlərlə insana iş imkanı yaradan, qadınların və gənclərin əmək bazarına çıxışını asanlaşdıran bir platformadır.

Xüsusilə şəbəkə mağazaları bu sahədə ön plana çıxır. Onlar daha sistemli idarəetmə, əməkdaşlara sosial təminat və karyera inkişafı imkanları təqdim edir. Bu tip mağazalar adətən müasir standartlara cavab verən iş şəraiti yaradır, əmək münasibətlərini rəsmi qaydada tənzimləyir və çalışanların uzunmüddətli inkişafına sərmayə yatırır.

Şəbəkə mağazaları ölkənin vergi sisteminə daha sıx inteqrasiya olunub. Onların fəaliyyətləri şəffaflıq prinsiplərinə əsaslanır, bu isə dövlət büdcəsinə daha stabil və proqnozlaşdırıla bilən vergi daxilolmalarını təmin edir. Bu müəssisələr rəsmi uçot və hesabatlılıq sistemi ilə işlədiklərindən, iqtisadi sabitliyin qorunmasında xüsusi rol oynayırlar.

Qlobal təcrübə fonunda Azərbaycan modeli

Qlobal təcrübə göstərir ki, pərakəndə şəbəkələr orta və kiçik sahibkarlar üçün əsas satış kanalı olmaqla yanaşı, onların keyfiyyətli və davamlı istehsal modelinə keçidini də stimullaşdırır. Almaniyada regional məhsullar üçün xüsusi etiketləmə sistemləri tətbiq olunur və bu məhsullar böyük şəbəkə marketlərdə ayrıca bölmələrdə yerləşdirilir. Türkiyədə isə kooperativ-market əməkdaşlığı modeli kənd təsərrüfatı istehsalçılarının bazara birbaşa çıxışını təmin edir.

Azərbaycan bu təcrübələri mərhələli şəkildə adaptasiya edərək özünəməxsus model formalaşdırır. Yerli ticarət şəbəkələri artıq kiçik istehsalçılarla uzunmüddətli tərəfdaşlıqlar qurur, onların məhsullarına öncədən sifariş verir və müştəri məmnuniyyəti üçün keyfiyyət standartlarına uyğun istehsal proseslərinə texniki dəstək göstərirlər. Beləliklə, sahibkar təkcə satış yox, eyni zamanda, təcrübə və bacarıq qazanır. Bu isə bütövlükdə ölkə iqtisadiyyatı üçün dayanıqlı inkişafın əsasını təşkil edir.

Orta və kiçik sahibkarlığın inkişafı üçün effektiv bazar çıxışları və dəstək mexanizmləri həlledici əhəmiyyət daşıyır. Pərakəndə sektor bu baxımdan həm iqtisadi, həm də sosial inkişafın mühüm iştirakçısına çevrilib. Azərbaycanda şəbəkə marketlərinin bu sahədə yaratdığı imkanlar orta və kiçik sahibkarların inkişafı, ərzaq təhlükəsizliyi, logistikanın təkmilləşməsi və vergi sisteminin güclənməsi baxımından mühüm nəticələr verir.

Nəticə etibarilə, pərakəndə ticarət sektoru Azərbaycanda yalnız istehlak bazarının mühüm iştirakçısı deyil, eyni zamanda, iqtisadi diversifikasiyanın, sosial inklüzivliyin və sahibkarlığın inkişafının əsas dayaq nöqtəsidir. Bu sektorun institusional əsaslarla inkişafı, şəbəkə mağazalarının sistemli fəaliyyəti və yerli istehsalçılarla qurulan davamlı əməkdaşlıq modeli ölkənin iqtisadi gələcəyinə müsbət təsir göstərir. Orta və kiçik sahibkarlığın gücləndirilməsi, modern idarəetmə və şəffaf vergi mühiti fonunda pərakəndə ticarət sektoru həm dövlət, həm cəmiyyət, həm də biznes üçün ortaq bir inkişaf platformasına çevrilir.

Yazı Azərbaycan Mətbuat Şurasının, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin və “Veysəloğlu” Şirkətlər Qrupunun “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri