Murat Kərimsarov: Orta Dəhliz AQEM dövlətlərində kiçik və orta biznesin inkişafına səbəb ola bilər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 may, AZƏRTAC
Orta Dəhlizin təşviqi AQEM dövlətlərində kiçik və orta biznesə stimul verərək onların inkişaf etməsinə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Ticarət və Kommersiya Şurasının sədri Murat Kərimsarov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz əhəmiyyətli beynəlxalq layihədir. Bu layihədə iştirakçı dövlətlərdə kiçik və orta biznesin inkişafı üçün imkanlar yaradır.
“Qazaxıstan ilə Azərbaycan Orta Dəhliz çərçivəsində yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Qazaxıstanın Aktau limanı vasitəsilə idxal-ixrac əməliyyatlarını həyata keçirir. Bu limandan istifadə edərək Qazaxıstan həm Azərbaycan, həm də digər ölkələrlə ticarət əlaqələrini genişləndirir. Qazaxıstan AQEM çərçivəsində geniş əməkdaşlıqlar qurmaq, ticarət dövriyyəsini artırmaqda maraqlıdır”, - deyə Murat Kərimsarov vurğulayıb.
Baxış sayı:105
Bu xəbər 20 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















