Icma.az
close
up
RU
“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda müsabiqə keçirilir

“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda müsabiqə keçirilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 aprel, AZƏRTAC

“Veysəloğlu” Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mətbuat Şurasından verilən məlumatda bildirilir.

1. Müsabiqənin istiqamətləri

“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:

 Şəbəkə marketləri və kiçik və orta bizneslərin inkişafı;

 Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;

 Logistikanın inkişafı və şəbəkə marketləri;

 Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;

 Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;

 İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;

 AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;

 Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;

 Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;

 Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;

 Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;

 Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanunun işləməsindəki rolu.

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

2. Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

• I yer – 3 nəfər – hər biri 1500 manat

• II yer – 3 nəfər – hər biri 1000 manat

• III yer – 3 nəfər – hər biri 800 manat

• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat

Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.

3. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;

• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

• İfadə vasitələrinin zənginliyinə;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə;

• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.

4. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;

- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimatda yer almalıdır:

• Müsabiqə yazısı (“Word” faylında, imzasız);

• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;

• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri