Icma.az
close
up
RU
Orta yaş dövründə hansı vitaminləri qəbul etməliyik? mütəxəssis məsləhəti

Orta yaş dövründə hansı vitaminləri qəbul etməliyik? mütəxəssis məsləhəti

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vitamin və qida əlavələri bazarı hər il sürətlə böyüyür. Lakin orta yaş dövrünə çatmış qadınlar üçün bu qədər məhsul içindən hansı əlavələrin həqiqətən faydalı, hansılarının isə sadəcə boş yerə xərc olduğunu müəyyənləşdirmək çətinləşib.

Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər, orta yaşlı qadınların ehtiyac duya biləcəyi əsas vitamin və mineralları açıqlayıb.

Mütəxəssislər bildirir ki, yaş artdıqca bədənin bəzi vitamin və mineralları əvvəlki qədər yaxşı mənimsəməsi zəifləyir.

Qadın sağlamlığı üzrə mütəxəssis dietoloq Kler Pettitt deyir:

"Yaşlandıqca B12 vitamini və kalsium kimi maddələrin sorulması azalır. Menopauza dövründə estrogen səviyyəsinin düşməsi isə sümük sağlamlığına, maddələr mübadiləsinə, ürək-damar sisteminə və əzələlərə ciddi təsir göstərir. Düzgün qidalanma ilə bu riskləri azaltmaq mümkündür".

Mütəxəssislər vurğulayır ki, vitamin və mineral əlavələrinə başlamazdan əvvəl ilk addım gündəlik qidalanma rejimini yoxlamaq olmalıdır.

Pettitt deyir: "Orta yaş dövründə vaxt azlığı, stres və məsuliyyətlər səbəbindən insanlar çox vaxt yeməkləri buraxır və ya dəbdə olan pəhrizlərlə əsas qidalardan imtina edirlər."

Dietoloq Nikola Ludlam-Reyn isə protein, lif və əsas mineralları kifayət qədər qəbul etməyin vacibliyini xatırladır. Onun sözlərinə görə, qadınlar hər kiloqram ideal bədən çəkisinə gündə 1,6 qram protein qəbul etməlidir. Aktiv həyat tərzi olanlarda bu miqdar 2 qramadək yüksələ bilər.

Vitamin çatışmazlığını necə anlamaq olar?

Bədən çox vaxt vitamin çatışmazlığını xəbərdar edən siqnallar verir.

Daimi yorğunluq, əzələ zəifliyi və ya saç tökülməsi kimi əlamətlər bir və ya bir neçə vacib maddənin çatışmadığını göstərə bilər.

Mütəxəssislər, bu əlamətlər müşahidə olunduqda qan analizi üçün həkim və ya dietoloqa müraciət etməyi tövsiyə edir.

D vitamini

İmmunitet, əzələ və sümük sağlamlığı üçün vacibdir. Günəşlə təması az olan və ya qış aylarında yaşayanlar üçün ilboyu tövsiyə olunur.

Maqnezium

Əzələləri rahatladır, stresin və yuxu problemlərinin azaldılmasına kömək edir. Tam taxıllar, qoz-fındıq, avokado və paxlalılarla qidalananlarda əlavəyə çox vaxt ehtiyac olmur.

Omega-3

Həftədə ən azı bir dəfə yağlı balıq yeməyənlər üçün vacibdir. Ürək, beyin və oynaq sağlamlığını dəstəkləyir.

Dəmir

Perimenopauza dövründə artan menstrual qanaxmalar dəmir çatışmazlığına səbəb ola bilər. Yorğunluq və solğun dəri kimi əlamətlər varsa, qan analizi aparılmalıdır.

B12 vitamini və Kalsium

Veganlar və ya mədə turşusunu azaldan dərmanlardan istifadə edənlər risk altındadır. B12 sinir sistemi üçün, kalsium isə sümüklər üçün həyati əhəmiyyət daşıyır.

Yod

Bitki əsaslı süd istifadə edənlərdə yod çatışmazlığı tez-tez müşahidə olunur. Yod qalxanabənzər vəzin (tiroid) sağlamlığı üçün vacibdir.

Kollagen

Oynaq və sümük sağlamlığı üçün populyardır. Dəri və beyin üzərində təsirləri hələ tam sübut olunmayıb, amma təhlükəsiz sayılır.

Kreatin

Yalnız idmançılar üçün deyil - beyin sağlamlığı və yaddaş üçün də faydaları araşdırılır. Gündəlik 3-5 qram qəbul təhlükəsiz hesab olunur.

Biotin (B7 vitamini)

Saç sağlamlığı ilə əlaqələndirilir, amma yalnız çatışmazlıq aşkarlandıqda qəbul edilməlidir. Yumurtada, somonda və şirin kartofda təbii halda olur.

Əlavələrdən istifadə edərkən nələrə diqqət etmək lazımdır

Bütün vitamin və minerallara eyni anda başlamaq düzgün deyil. Hər əlavəni 4-6 həftəlik tək-tək sınamaq, təsiri izləmək daha faydalıdır.

Çeynənən vitaminlər praktik olsa da, çox vaxt tərkibində gizli şəkər olur. Etiketləri diqqətlə oxumaq lazımdır.

Doza həddinin aşılması riski var - xüsusilə A, D vitamini, dəmir və maqneziumun artıq miqdarı sağlamlığa zərər verə bilər.

Dərman qarşılıqlı təsirləri mümkündür. Dərman qəbul edənlər mütləq həkim və ya eczacı ilə məsləhətləşməlidir.

Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri