Icma.az
close
up
RU
Ortaq dəyərlər PakistanAzərbaycan dostluğunu möhkəmləndirir

Ortaq dəyərlər PakistanAzərbaycan dostluğunu möhkəmləndirir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Qlobal ittifaqların dəyişdiyi bir zamanda qarşılıqlı hörmət, ortaq dəyərlər və səmimi yoldaşlıq əsasında qurulan münasibətlər zamanın sınağından uğurla keçir. Bu münasibətlər içərisində Pakistan və Azərbaycan arasındakı əlaqələr qardaşlıq münasibətlərinin əsl nümunəsidir”.
Pakistan Gənclər Hərəkatının lideri Qeysər Nəvvab Azərbaycan mediası üçün bu açıqlamasının davamında qeyd edib ki,  tarixi, mədəni və ortaq arzulara əsaslanan bu əlaqə Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin son müsahibəsi Azərbaycanın nailiyyətlərini, ambisiyalarını və gələcəkdə bu unikal tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Pakistan üçün əhəmiyyətli dərsləri əks etdirir.
Dost ölkənin QHT rəhbəri daha sonra bildirib ki, Prezident İlham Əliyev Azərbaycanı tərəqqi yolunda güclü irəliləyiş əldə edən bir ölkəyə çevirməkdə böyük rol oynayıb. Onun rəhbərliyi əməkdaşlıq təşəbbüslərini gücləndirmək və etimada əsaslanan münasibətlər qurmaq öhdəliyinə söykənir: “İllər ərzində Azərbaycan Pakistana ardıcıl və davamlı dəstək göstərib. Pakistan da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ münaqişəsində onun haqlı mövqeyini dəstəkləyib. Bu qarşılıqlı dəstək sadəcə diplomatik jest deyil, prinsiplərə və ortaq dəyərlərə əsaslanan dərin bağların göstəricisidir”.
Qeysər Nəvvab qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və səmərəli tərəfdaşlıqlar yaratmaq istiqamətində atdığı addımlar geniş şəkildə vurğulanır. Bu strategiya Pakistanın iqtisadi dirçəlişə və enerji sahəsində etibarlı tərəfdaşlar tapmağa yönəlmiş məqsədləri ilə üst-üstə düşür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan regional enerji mərkəzi kimi mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi regional enerji əlaqələrinin modelidir və Pakistana enerji təchizatında kömək edə bilər. 
Pakistan və Azərbaycan arasındakı əlaqələrin mərkəzində mədəni və təhsil mübadiləsinin dayandığını deyən Pakistan Gənclər Hərəkatının lideri deyib: “Hər iki ölkənin zəngin tarixi və mədəni irsi əməkdaşlıq üçün çoxsaylı imkanlar yaradır. Prezident İlham Əliyevin mədəni irsin qorunmasına və təhsilə verdiyi önəm xalqları bir-birinə yaxınlaşdırmaq üçün mühüm vasitədir. Birgə festivallar, sərgilər və incəsənət mübadiləsi kimi mədəni diplomatiya iki ölkə arasındakı oxşarlıqları vurğulaya və daha dərin bağlar yarada bilər. Ortaq dini dəyərlər bu əlaqələri daha da möhkəmləndirir. 
İki ölkə arasında əməkdaşlığın perspektivləri genişdir. Enerji və ticarətin şaxələndirilməsi sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edə bilər. Bundan əlavə, turizm, kənd təsərrüfatı və texnologiya sahələrində də tərəfdaşlıq imkanları araşdırıla bilər”.       
Azərbaycanın və Pakistanın beynəlxalq arenada güclü mövqeyə sahib olmalarını, onların qlobal məsələlərə yanaşmalarında eyni prinsipləri əsas almasına imkan verdiyini xatırladan gənc lider Q.Nəvvab  sonda bildirib: “Bu yanaşmalar, hər iki ölkənin dünya üzrə siyasi təsirini artırar və qlobal tərəfdaşlıqların qurulmasına şərait yaradar. Pakistan və Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi, regional və qlobal miqyasda qarşılıqlı fayda gətirəcək və hər iki xalqın rifahını yüksəldəcək”. 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri