Icma.az
close
up
RU
Ortaq dəyərlər, tarixi bağlılıq və gələcəyə BAXIŞ Bakı və Ankara üçün YENİ DÖVR BAŞLAYIR

Ortaq dəyərlər, tarixi bağlılıq və gələcəyə BAXIŞ Bakı və Ankara üçün YENİ DÖVR BAŞLAYIR

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri yalnız milli-mədəni yaxınlıqla məhdudlaşmır, eyni zamanda, tarixi hadisələr və geosiyasi maraqlarla formalaşmış dərin strateji əməkdaşlığa da əsaslanır. Lakin bu münasibətlər XX əsrdə ciddi sınaqlardan keçmiş, bölgədə baş verən siyasi dəyişikliklər nəticəsində iki xalq süni şəkildə bir-birindən ayrı düşmüşdür. Tarixi proseslərdən bu günə qədər uzanan bir yol xəritəsi var ki, burada Zəngəzurun Ermənistana verilməsi və Naxçıvanın blokadası mühüm yer tutur.

Tarixə qısa ekskurs etsək, görərik ki, 1918-1920-ci illərdə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur Azərbaycanın tərkib hissəsi idi. Lakin bolşeviklər Cənubi Qafqazda öz hakimiyyətlərini möhkəmləndirmək üçün müxtəlif siyasi manevrlər həyata keçirdilər və 1920-ci illərdə Zəngəzuru Ermənistana verdilər. Bu addım isə təkcə ərazi itkisi deyil, həm də Azərbaycan və Türkiyə arasında birbaşa quru yolunun bağlanması demək idi. Bunun nəticəsində Azərbaycanın qərb bölgələri Türkiyədən təcrid edildi ki, bu da gələcəkdə Naxçıvanın blokadaya düşməsi ilə nəticələndi.

Tarix göstərdi ki, Zəngəzurun ayrılması ilə Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən qopdu və illər keçdikcə, daha ciddi blokadaya məruz qaldı. Xüsusilə 1988-ci ildən başlayan Ermənistanın işğalçılıq siyasəti Naxçıvan üçün real təhlükə yaratdı. Amma 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvana gəlişi muxtar respublikanın taleyində dönüş nöqtəsi oldu. O, Naxçıvanın müdafiəsini təşkil edərək blokadanın ağır nəticələrinə qarşı dayanıqlı bir sistem qurdu.

Bu dövrdə Naxçıvanın müdafiəsi ilə yanaşı, onun iqtisadi və siyasi müqavimət gücünün artırılması onun əsas hədəfi oldu. Ulu Öndərin rəhbərliyi altında Naxçıvanda milli şüurun güclənməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönəlmiş addımlar atıldı. Onu da qeyd edək ki, Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi enerji siyasəti yalnız daxili inkişaf üçün deyil, həm də blokadada olan Naxçıvanın vəziyyətini dəyişmək üçün mühüm rol oynadı. Bu kontekstdə son dövrlərin ən mühüm hadisələrindən biri İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsidir.

Bu layihə Azərbaycanın Naxçıvanın enerji təhlükəsizliyini təmin etmə siyasətinin tərkib hissəsi olmaqla yanaşı, həm də Bakı-Ankara strateji əməkdaşlığının bariz nümunəsidir. Bundan əlavə, bu qaz kəməri regionda enerji marşrutlarının diversifikasiyasına şərait yaradır və Azərbaycanın Avropaya qaz nəqlində daha mühüm oyunçuya çevrilməsinə imkan verir. Gələcəkdə Kərkük və Mosul qaz xətlərinin bu sistemə qoşulması və TANAP vasitəsilə Avropaya qaz nəqlinin genişləndirilməsi planları da bu strateji yanaşmanın tərkib hissəsidir.

Məlumdur ki, tarix boyu iki qardaş xalqın birliyini sarsıtmaq üçün atılan addımlara baxmayaraq, Azərbaycan və Türkiyə bu gün regionun ən güclü siyasi və iqtisadi tərəfdaşlarından biri kimi çıxış edirlər. Xüsusilə 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi haqqında danışsaq, onu deyə bilərik ki, bu bəyannamə iki ölkə arasındakı münasibətləri sadəcə dostluq və qardaşlıq çərçivəsindən çıxararaq, strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Hazırkı geosiyasi reallıqlar fonunda Ankara və Bakının birgə addımları regionun təhlükəsizlik və inkişaf perspektivlərini müəyyənləşdirir. Buraya isə Zəngəzur dəhlizinin açılması, regional nəqliyyat layihələrinin inkişafı və beynəlxalq enerji bazarında birgə fəaliyyət daxildir. Hər nə qədər Ermənistanın süni maneələr yaratmasına baxmayaraq, Azərbaycan və Türkiyə bu dəhlizin açılmasını prioritet məsələ kimi gündəmdə saxlayır və onun reallaşması üçün həm diplomatik, həm də strateji addımlar atır.

Yəni Azərbaycan və Türkiyə tarix boyu olduğu kimi, bu gün də çiyin-çiyinə dayanaraq, regional və beynəlxalq arenada öz mövqelərini möhkəmləndirirlər. Düz 1 əsr əvvəl bolşeviklərin yaratdığı süni maneələr iki qardaş xalqı ayırsa da, bu gün bu maneələr ortadan qalxır və yeni geosiyasi reallıq formalaşır. Nəqliyyat və enerji layihələri, ortaq iqtisadi və hərbi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət Azərbaycan-Türkiyə əlaqələrini daha da gücləndirəcək. Bu münasibətlər yalnız iki dövlətin deyil, bütövlükdə türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır və bölgədə yeni güc balansının formalaşmasına töhfə verir.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri