Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ortaq strateji məqsədlərə əsaslanan münasibətlər

Ortaq strateji məqsədlərə əsaslanan münasibətlər

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu gün Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, ölkə başçısının bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Azərbaycanın  xarici siyasətində Mərkəzi Asiya  ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. 

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.

Azərbaycan ortaq tariximiz və köklərimiz olan Qazaxıstan dövlətilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlətdir. Dünya miqyasında hər iki ölkənin nüfuzu artmaqdadır. İstər iqtisadiyyat , istərsə də sosial sahədə yüksək inkişaf müşahidə edilməkdədir. Bu da hər iki ölkənin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Aparılan siyasət dövlət və xalqın milli mənaefəyinə xidmət etməklə ölkələrin inkişafına böyük töhfə verməkdədir.

İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qazaxıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri çərçivəsində Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatla çıxışı, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirakı, imzalanan sənədlər iki ölkə arasındakı əlaqələrin gələcək inkişafına təkan verəcək və  Prezident İlham Əliyevin Qazaxıstana bu  səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaqdır.

Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Səfər zamanı dövlət başçıları münasibətləri strateji müttəfiqliyə yüksəldən “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiq edilməsinə dair 2-ci Qərar” kimi mühüm sənədlər imzalayıblar.

Azərbaycan–Qazaxıstan ticarət əlaqələri həm həcm, həm də struktur baxımından mühüm dönüş mərhələsindən keçib. Ümumilikdə, 2020–2025-ci illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir.

Son illərdə Azərbaycanın Qazaxıstana ixracında sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artmaqdadır. 2025-ci ilin göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35 faiz, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17 faiz, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib ki, bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir.

Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələri də genişlənir. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. 2005-2025-ci illərdə Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon dollar, Qazaxıstandan isə Azərbaycana 156 milyon dollar həcmində investisiya yönəldilib. İki ölkə arasında investisiya əlaqələri də səfərin əsas gündəliyində durur. Beləliklə, səfər zamanı iki liderin iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında bəyan etdiyi hədəflər bu rəqəmlərlə birbaşa uzlaşır.

Səfər çərçivəsində Prezidenti İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35 faiz təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk doqquz ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb.

Prezident İlham Əliyevin Qazaxıstana bu səfəri iki qardaş dövlət arasında münasibətləri yeni strateji mərhələyə yüksəldib. Azərbaycan və Qazaxıstan arasında  dərin tarixi köklərə, güclü siyasi iradəyə və ortaq strateji məqsədlərə əsaslanan münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri