Icma.az
close
up
RU
Ortaq türk ədəbi mühitinə qiymətli töhfə

Ortaq türk ədəbi mühitinə qiymətli töhfə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Həsənoğludan Sabirə: anadilli poeziyamızın 7 əsrlik yüksəlişi

Dünən AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Türkiyənin ədəbi-mədəni aləmi üçün qiymətli töhfə olan 2 yeni nəşrin təqdimatına tanınmış ədəbiyyatşünas və yazarlar, ictimai xadimlər və ziyalılar toplaşmışdılar. Bu kitablar anadilli poeziyamızın başlanğıcından zirvəsinə birinə gələn yolu tarixi-estetik, ədəbi-bədii, dil-üslub baxımından izləmək və tutuşdurmaq baxımından, sanki, söz sənəti tandemi olaraq qəbul edildi.

Mərasimdə türkiyəli ədəbiyyatşünas soydaşımız, Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylının dərindən araşdırıb qardaş ölkədə nəşr etdirdiyi bu kitablar – anadilli poeziyamızın pioneri sayılan İzəddin Həsənoğlunun yeni aşkar edilmiş “Kitab-ı Sirətün-nəbi” poeması və Mirzə Ələkbər Sabirin “Hophopnamə” külliyyatı xalqlarımızın yazılı söz sənətini Türk dünyasında tanıtmaq missiyasının uğurlarından biri kimi dəyərləndirildi.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hər 2 kitabın araşdırıcı-tərtibçisi Seyfəddin Altaylının Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsində çoxillik səmərəli fəaliyyətini canlı körpü – sələflərinin tarixi missiyasının yüksək səviyyədə və genişmiqyaslı davamı kimi dəyərləndirdi. Akademik anadilimizdə yazılmış azsaylı poetik nümunələrin müəllifi kimi tanınan İzəddin Həsənoğlunun, nəhayət, aşkar edilmiş irihəcmli poemasının – İslam peyğəmbəri Məhəmmədin həyat və mübarizəsini əks etdirən “Kitab-ı Sirətün-nəbi” məsnəvisinin Türkiyədə mükəmməl nəşrini gerçəkləşdirmiş Seyfəddin Altaylının bu yaradıcılığını alim fədakarlığı adlandırdı, alimi elmi-ədəbi ictimaiyyət adından təbrik etdi.

Təqdimatda iştirak etmək üçün Türkiyədən gəlmiş Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman ümumtürk birliyinin möhkəmlənib uğurlar qazanmasında xalqlarımızın ədəbi incilərinin qardaş dillərdə nəşr edilməsinin önəmli mənəvi-siyasi ortaqlıq yaradacağını söyləyərək bildirib ki, Avrasiya Yazarlar Birliyi indiyədək türk xalqları ədəbiyyatının 540 örnəyini çap edib, bunun 50-si Azərbaycan yazarlarının kitablarıdır. O, bu baxımdan Azərbaycan ədəbiyyatının 2 epoxal nümayəndəsinin irsinin Türkiyə türkcəsində nəşrini növbəti uğurlu addım adlandırdı.

Xalq şairi Sabir Rüstəmxanlı, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, elmi katib Aygün Bağırlı yeni nəşrlərin Azərbaycan ədəbiyyatı incilərinin yeni tələblər baxımından öyrənilməsi və Türk dünyasında tanıdılmasına önəmli töhfə olduğunu söylədilər. Həsənoğlu məsnəvisinin dilçilik, tarix və dini araşdırmalar baxımından qiymətli mənbə olduğu, əsərin orijinalının ölkəmizdə də nəşrinin vacibliyi vurğulandı.

Sonda Seyfəddin Altaylı hər 2 kitab üzərində çoxillik araşdırmalarından danışdı, nəşrlərdəki tədqiqat və tərtibat özəlliyi barədə məlumat verdi. Türkoloq alim söylənən dəyərli mülahizələrə və təbriklərə görə razılığını ifadə etdi.

Tahir AYDINOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri