Icma.az
close
up
RU
Gəncənin ədəbi mühitinə dair respublika konfransı

Gəncənin ədəbi mühitinə dair respublika konfransı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi və onun Humanitar Tədqiqatlar İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

525.az xəbər verir ki, konfransda ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının alim və araşdırmaçıları iştirak ediblər.

Tədbirdən əvvəl AMEA-nın Gəncə Bölməsinin elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Giriş sözündə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov konfransın iştirakçılarını və qonaqlarını salamlayıb, O, Respublika elmi-nəzəri konfransının 7 bölmədə onlarla məruzəni əhatə etdiyini bu elmi tədbirin mötəbər tutumundan  xəbər verdiyini vurğulayaraq, onun işinə uğurlar arzulayıb.

AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva da Gəncənin ədəbiyyat dünyasının tarixi, eləcə də bugünkü konfransın bölmələrinin mövzu istiqamətləri haqda məlumat verib.

Sonra respublika konfransının plenar iclası olub.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi əfsunu”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, professor İmamverdi Həmidov “Gəncəli şairin ərəbcə şeirləri”, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Sahib İbrahimlinin “Aşıq Ələsgər şeirlərinin sənətkarlıq xüsusiyyətləri” əsərinin nəzəri əsasları üzərindən bəzi qeydlər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şüküfə Vəliyeva “Xəzangül Hüseynova poetikasının ideya xüsusiyyətləri”, Gəncə Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova “Gəncə ədəbi mühitində uşaq ədəbiyyatının təşəkkülü və ideya-bədii sisteminin formalaşmasına Nizami “Xəmsə”sinin təsiri” mövzularında çıxış ediblər.

Plenar iclasda həmçinin konfransın qonaqlarından AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Gülşən Kəngərli, Gəncə Dövlət Universitetindən dosentlər Afaq Yusifli, Nəzmiyə Axundova, Səba Namazova, müəllim Vüsal İsgəndərov, Şirvan şəhəri 16 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, gəncəli yazıçılardan AYB-nin Gəncə Bölməsinin sədri, Xəzangül Hüseynova, Sahib İbrahimli, Aləmzər Əlizadə öz ürək sözlərini çatdırıblar.

Konfransın sonrakı mərhələsində “XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti”,  “Gəncə intibahına aparan yollar”, “Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlə”, “Dünya ədəbiyyatının Nizami mərhələsi”, “XIX əsrdə Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı”, “XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti” və  “Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri” adlı 7 bölmə üzrə daha 32 məruzə dinlənilib.

Sonda iştirakçılara konfransın materiallarının çap olunduğu kitabça təqdim edilib.

Konfrans bitdikdən sonra onun qonaqları böyük mütəfəkkirimiz Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, həmçinin Gəncənin digər tarixi və görməli yerlərində olublar.

Zakir Muradov, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri