Oruc tutan Yamal 3 qol vurdu “Barselona” tarixinə düşdü
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın gənc ulduzu Lamin Yamal növbəti dəfə adını klubun tarixinə yazdırıb.
QOL.az xəbər verir ki, o, 18 yaş 230 günlüyündə olan hücumçu La Liqada dünən"Vilyarreal"a qarşı oyunda (4:1) het-trik edərək “Barselona” tarixində İspaniya çempionatında üç qol vuran ən gənc futbolçu olub.
Matçdan sonra açıqlama verən Yamal Ramazan ayı ilə bağlı sualı da cavablandırıb.
“Bəli, oruc tuturam və hazırda acam… Amma özümü yaxşı hiss edirəm” - deyə bildirib.
Qeyd edək ki, gənc futbolçu bu uğura oruc tutduğu halda nail olub və performansı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Əlavə edək ki, Lamin Yamalın atası Mərakeş əsillidir, anası isə Ekvatorial Qvineyadandır. O, müsəlman ailəsində böyüyüb və islam dininə mənsubdur.
Baxış sayı:93
Bu xəbər 01 Mart 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















