Icma.az
close
up
RU
Oruc tutan zaman diqqət edilməli məqamlar açıqlanıb

Oruc tutan zaman diqqət edilməli məqamlar açıqlanıb

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

QASTROENTEROLOQ İZAH EDİR

“Ramazan ayında oruc tutan şəxs düzgün qidalanmağa diqqət etməlidir ki, oruc müddətində enerjisi azalmadan, sağlamlıq problemləri yaşanmadan günü rahat keçirə bilsin”. Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da qastroenteroloq Hicran Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, imsak vaxtı mümkün qədər bol maye qəbul edilməlidir. Mayenin temperaturu nə qaynar, nə də çox soyuq olmalıdır. Məsləhətdir ki, xurma və digər quru meyvələrdən istifadə olunsun. Yeməyə gəlincə südlü yeməklər, yumurta, duzsuz pendir, şor, qaymaq, bal, duzu və şəkəri az olan un məmulatları istifadə edilə bilər. İmsak vaxtı çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidalara üstünlük verilməsi tövsiyə edilir. Bu qidalar uzun müddətli enerjili və tox qalmanı təmin edəcək. Yumurtalar, süd, yoqurt, pendir kimi zülallı qidalar yemək bədəni uzun müddət enerjili saxlayır. Zülallar həmçinin əzələ kütləsinin qorunmasına kömək edir. Vitamin və mineral balansını təmin etmək üçün təzə tərəvəzlər və meyvələrdən istifadə etmək önəmlidir. Lifli qidalar mədənin tox qalmasına kömək edəcək”, deyə qastroenteroloq bildirib.
Hicran Qurbanova qeyd edib ki, iftar zamanı oruc mütləq 1 stəkan ilıq su və xurma ilə açılmalıdır. Daha sonra sulu yemək yeyilməlidir. Əsas yeməyə təqribən 20- 25 dəqiqə sonra keçilsə məsləhətlidir. Əsas yemək kimi çox acılı, duzlu, bol ədviyyatlı, souslu, çox qızardılmış və çox yağlı yeməklər məsləhət görülmür. Nisbətən tutumlu və kalorili yeməklər daha faydalıdır. Daha çox tərəvəzli yeməklər, qatıq, mövsümə uyğun meyvə tövsiyə edilir. Şirniyyat və çay isə iftardan 2 saat sonra məsləhət görülür. Xüsusən bitki çaylarını quru meyvələrlə içilməsi daha xeyirlidir” deyə qastroenteroloq vurğulayıb.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Mart 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri