Icma.az
close
up
RU
Mövsümi xəstəliklərdən qorunmaq üçün diqqət edilməli məqamlar

Mövsümi xəstəliklərdən qorunmaq üçün diqqət edilməli məqamlar

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qrip və digər kəskin respirator virus infeksiyalarının təbii xüsusiyyətləri ilə əlaqədar olaraq son zamanlar bu xəstəliklərə yoluxma sayında artım müşahidə edilir.

Ölkə.Az xəbər verir ki, bu barədə Nizami Tibb Mərkəzinin həkim-terapevti Könül Muxtarova danışıb. Onun sözlərinə görə, əslində qrip virusu bütün il boyu insandan insana yoluxsa da, əsasən qış aylarında daha çox xəstəlik törədir:

“Ümumiyyətlə, qrip virusunun A, B, C olmaqla 3 növü var. Qripin A növündə baş vermiş antigen dəyişiklikləri müxtəlif epidemiyalara səbəb olmuş və yüksək sayda insan təlafatı ilə sonlanmışdır. Ümumiyyətlə, virusun genomunda baş verən kiçik antigen dəyişiklikləri xəstəliyin alovlanmasına və insanlar arasında yayılmasına şərait yaradır". 

Həkim-terapevt qeyd edir ki, hər il dünyada təqribən 3-5 milyon insan qripə yoluxur, təxminən 250 mindən çox insan isə qrip ağırlaşmaları səbəbindən dünyasını dəyişir.
Mütəxəssis vurğulayır ki, qripin etioloji müalicəsi həkim tərəfindən təyin edilməlidir:

“Ev şəraitində, özbaşına, həkim nəzarəti olmadan edilən müdaxilə xəstəliyi yüngülləşdirmir, əksinə, daha da şiddətləndirə bilər. Yanaşı olaraq, xəstəliyə yoluxmuş şəxs bol maye qəbul etməli, yataq şəraitində istirahət etməli və yuxu rejiminə diqqət yetirməlidir".

Mütəxəssislər bildirir ki, xəstəliyə yoluxmaqdan qorunmaq üçün xəstələrlə ünsiyyətdən qaçmaq, tənəffüs və şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Həmçinin unutmayaq ki, mövsümi qrip vaksini vurdurmaq qripdən qorunmaqda ən effektiv üsullardandır.

Son günlər daha çox müşahidə edilən kəskin respirator virus infeksiyaları isə bir sıra simptomlarla özünü büruzə verir. Ən çox müşahidə edilən simptomlara anidən yüksələn hərarəti (39-40 dərəcəyə qədər), əvvəlcə quru, daha sonra bəlğəmli öskürəyi, əzələ və bel ağrılarını, ürəkbulanma və qusmanı misal göstərə bilərik.
Mövsümi qrip və digər kəskin respirator virus infeksiyaları uşaqlar arasında da çox yayılır.

Respublika Pediatriya Mərkəzinin Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Emil Nuriyevin sözlərinə görə, payız və qış fəslində xəstəliklər daha çox özünü büruzə verməyə başlayır: 

“Sözügedən fəsillərdə havanın mövsümi dəyişikliyi uşaqların immun sisteminin zəifləməsinə, kəskin respirator virus infeksiyalarının yayılmasına və bunlar da özlüyündə xəstələnmə hallarının artmasına səbəb olur. Soyuqdəymə, allergik və başqa xəstəliklərin üzə çıxması valideynlər arasında narahatlıqla nəticələnir”.
Həkim-pediatr qeyd edir ki, valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar:

“İlk növbədə vitaminlərlə zəngin meyvə-tərəvəz qida rasionunda üstünlük təşkil etməlidir. Eyni zamanda, bol maye qəbul etmək də lazımdır. Çünki bədəndə tərləmə zamanı orqanizmdən maye xaric edilir. Bu balansın qorunması məqsədilə bol maye qəbulu mütləqdir”.

Çox zaman valideynlər hava soyuyan zaman uşaqları qapalı və normadan artıq isti mühitdə saxlamaqla onları xəstəlikdən qoruduqlarını düşünür. Lakin həkim-pediatr Emil Nuriyev vurğulayır ki, uşaqları çox isti və daim qapalı mühitlərdə saxlamaq düzgün deyil. Bəhs edilən səbəblərlə əlaqədar payız-qış mövsümündə uşaqlar arasında burun axıntısı, asqırma, gözlərin qızarması, qaşınması, sulanması ilə müşahidə olunan allergik reaksiyalar da geniş yayılır. Ona görə də, sözügedən mövsümlərdə və soyuq havalarda uşaqlara qarşı daha diqqətli olmaq, immunitetlərinin  daimi güclü saxlanılmasına şərait yaratmaq mütləqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri