Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Meşədə azmamaq üçün diqqət edilməli məqamlar ARAŞDIRMA

Meşədə azmamaq üçün diqqət edilməli məqamlar ARAŞDIRMA

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran, 26 may, İlkin Adıyev, AZƏRTAC

Yay mövsümü başlayar-başlamaz, insanlar təbiətin qoynunda istirahət etmək üçün meşəlik ərazilərə üz tuturlar. Kimisi bu yerlərdə dincəlmək, kimisi isə macəra axtarışına çıxmaq istəyir. Lakin meşəlik ərazilərdə ehtiyatsız davranışlar bəzən xoşagəlməz nəticələrə – məsələn, azmağa və ya itməyə səbəb ola bilir. Bəs, belə hallarla qarşılaşmamaq və təhlükəsiz istirahət etmək üçün hansı vacib məqamlara diqqət yetirmək lazımdır?

AZƏRTAC-ın bölgə müxbirinin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.

Sıx meşəlik ərazilərə səfər edib təbiətin möhtəşəm gözəlliklərindən zövq almaq hər bir turistin arzusudur. Ölkəmizdəki bir çox meşə massivləri və Milli Parklarda isə bu arzunun həyata keçməsi üçün xüsusi hərəkət marşrutları hazırlanıb. Məsələn, Hirkan Milli Parkında 10 müxtəlif marşrut mövcuddur. Buraya gələn ziyarətçilər təcrübəli bələdçilərin müşayiəti ilə meşənin dərinliklərinə doğru səyahət edərək, təbiətin nadir gözəlliklərini görə bilirlər. Lakin qaydalara əməl etməyənlər üçün sıx meşə zolaqlarında azmaq riski daim mövcuddur.

Hirkan Milli Parkının baş elmi işçisi Həbib Rəhimov qeyd edir ki, meşədə azmamaq üçün bələdçi ilə hərəkət etmək, istiqamətverici nişanlara diqqət yetirmək əsas şərtlərdəndir. Lakin bunlardan əlavə, diqqət edilməli başqa vacib məqamlar da var: “Meşəyə daxil olan hər bir şəxs əvvəlcədən hazırlıqlı olmalıdır. Səfər zamanı yüngül, lakin hava şəraitinə uyğun geyim seçilməli, rahat ayaqqabı geyilməlidir. Əgər marşrut uzunmüddətlidirsə, mütləq su və yüngül qida ehtiyatı götürülməlidir. Kompas və ya GPS cihazı da olduqca vacib vasitələrdəndir. İnsanlar bəzən texnologiyaya həddən artıq güvənir və bu, onların diqqətsiz davranmasına səbəb olur. Telefonlar sönə bilər, siqnal zəifləyə bilər. Ona görə də klassik üsullar – məsələn, kompas, kağız xəritə və istiqamət nişanları hələ də öz aktuallığını qoruyur. Bu vasitələrin istifadə qaydalarını bilmək meşədə təhlükəsiz hərəkət etmək üçün çox önəmlidir. Əgər hər hansı bir səbəbdən istiqamətinizi itirmisinizsə, hərəkət etmədən bir yerdə qalmaq və səsli siqnallar vermək axtarış qruplarının sizi tez tapmasına kömək edə bilər. Unutmayın ki, hərəkətdə olan insanı tapmaq daha çətindir”, - deyə Həbib Rəhimov əlavə edir.

Milli parkı ziyarət edən hər bir turistin yolunu asanlıqla tapması üçün ağaclara xüsusi nişanlar vurulub. Bu nişanlara marşrut boyunca hər 50 metrdən bir rast gəlmək mümkündür. Hər hansı şəxs təkbaşına və köməksiz vəziyyətdə olarsa, bu nişanlardan düzgün istifadə edərək, meşədə azmaqdan asanlıqla xilas ola bilər.

Hirkan Milli Parkının müfəttişi Sahil Mikayılovun sözlərinə görə, meşədə azmamaq üçün hər bir turist səfərdən öncə ciddi hazırlıq görməlidir. O bildirir ki, ilk növbədə, insanlar marşrut xəritəsi ilə tanış olmalı, bələdçi ilə hərəkət etməli və mobil telefonlarının tam dolu olduğundan əmin olmalıdırlar: “Sıx meşəlik ərazilərdə istiqamət tapmaq bəzən peşəkar insanlar üçün də çətin ola bilir. Bu səbəbdən biz meşə marşrutları boyunca ağacların üzərinə Çexiya təcrübəsinə əsaslanan xüsusi istiqamətverici nişanlar yerləşdirmişik. Bu nişanlar hər 50 metrdən bir təkrarlanır və onları izləyən şəxs rahatlıqla marşrut üzrə hərəkət edə bilir. Ziyarətçilərin əksəriyyəti meşədə bələdçilərlə birlikdə gəzir, lakin bəzi hallarda macəra həvəsi ilə təkbaşına dərinliyə gedən turistlər də olur. Ötən mövsüm bir turist marşrutu tərk edərək sıx meşə zolağına daxil olub azmışdı. Xoşbəxtlikdən, vaxtında xəbər tutduq və nəzarətçilər tərəfindən təhlükəsiz şəkildə tapıldı. Amma hər zaman belə şans olmur. Tək halda dərinliyə getmək risklidir və bəzən bu risk həyat bahasına başa gələ bilər”.

Statistikaya əsasən, hər il meşəlik ərazilərdə turistlərin azma halları nadir olsa da, baş verir. Onun üçün də təkbaşına meşənin dərinliklərində macəra axtarışı bəzən sizin həyatınıza ciddi təhlükə yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri