Icma.az
close
up
RU
Orucla bağlı məsləhətlər

Orucla bağlı məsləhətlər

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Dəyərli dostlar, əvvəlcədən ALLAH tutduğunuz orucu qəbul etsin inşAllah. Oruc vaxtı insan səhhətində bəzi hallar ola bilir ki, bəzən bu hallara görə insanlar oruc kimi nemətdən özlərini məhrum edirlər.

Nəzərinizə çatdırım ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün 30 gün lazım olduğunu qəbul etmişlər. Elhamdülillah bizlər həm ALLAH yolunda orucumuzu tutub Allahın əmrinə baş əyirik və arxasınca da orucun bədənimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır. Oruclu vaxtların hər gününün öz dəyəri vardır, məsələn oruclu vaxtın 15- ci günündən sonra oynaqlara yığılmış duzlar sorulmağa başlayır, xolesterinlər damar yağları əriməyə başlayır, hətta şiş hüceyrələrinə təsirlər başlayır. Bədəndə illərlə yığılmış şlaklar təmizlənməyə başlayır, buna görədə mən bugün olmadı, sabah tutum kimi hallarda fayda az görünə bilər.

Oruclu vaxtı ağız tez-tez quruyursa yaxşı olar səhər imsakda limonlu çay içilsin və ya məkkəgülü çayı içilsin. 1 ay oruc vaxtı bizim mədə divarımız 2 dəfə yenilənir, ona görə də orucun mədəmizə çox faydası vardır, yenilənmə zamanı erroziya və səpmələr aradan qalxır. Oruclu vaxtı başağrıları ola bilir, bu günün ikinci yarsında daha çox olur, çünki artıq bədənimiz enerjini ehtiyyatdan götürür, bu da təbiidir.

Əgər başağrısı daha çox dözülməz olursa onda təzyiq yoxlanılmalı, əgər normadan çox aşağı düşürsə səhər ac qarına 1 xörək qaşığı bal bir stekan çiy suya qarışdırın, için, bunu axşam da edin əgər təzyiq normaldırsa və başağrısı davam edirsə onda başdan və kürəkdən hicama etdirə bilərsiniz. Əgər oruclu vaxtı ağzınız acı olursa, onda səhər solmazçiçəyi dəmləməsi için və axşam iftarı kök, kələm, zeytun yağlı salatla açın, ət yeməklərini bir saatdan sonra yeyin.

Bəzən oruclu vaxtı təzyiq qalxa bilir, belə hal həmişə olursa onda səhər yeməkdən əvvəl yemişan meyvəsi dəmləməsi için. Bəzən əllərin əsməsi və əsəb ola bilir, onda imsakda və iftarda ud hindi tozunu bir çay qaşığı bir stekan qaynar suya qarışdırın, beş dəqiqə sonra bir çay qaşığı bal qarışdırın için, bəzən insanlar enerjim qurtarar deyə az hərəkət edirlər, bəzən səhərdən axşamacan yatanlar olur, bu düzgün deyil oruclu vaxtı səhər axşam piyada gəzməyə adət edin, bu bədən sağlamlığı üçün çox yaxşıdır, qorxmayın enerjiniz azalmayacaqdır. İllərlə bədənizin yığdığı depodan bədəniniz istifadə edəcəkdir. Bəzən orucluykən mədə qıcqırması ola bilir, onda səhər və axşam yeməkdən əvvəl biyan dəmləməsi için. Bəzən qəbizlik ola bilir, onda səhər 3 ədəd quru ənciri yeyin, faydası olmasa axşamdan əncirləri zeytun yağına atın, səhər ac qarına yeyin. Bəzən oruclu zaman ishal ola bilir, onda səhər yeməkdən əvvəl qastren çayı için. Oruc davamlı tutularsa dərimizdən gələn xoşagəlməz iylər azalar, dəri daha da parlaq olar bağısaqlarda çürümə getmədiyindən insan uzunömürlu və sağlam olar.
Fizulihuseynov.com

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri