Icma.az
close
up
RU
Orxan Əliyev Santuşdan dəvət gözləyir: “Karyeram üçün doğru qərarı vermişəm” MÜSAHİBƏ

Orxan Əliyev Santuşdan dəvət gözləyir: “Karyeram üçün doğru qərarı vermişəm” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay fasiləsində Qırğızısıstanın “Uzgen” klubuna transfer olunan Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Yeni klubunuza uyğunlaşma prosesi necə gedir?

– Adaptasiya prosesi yaxşı keçir, demək olar ki, artıq uyğunlaşmışam.

– “Uzgen”i seçməyinizin əsas səbəbi nə idi? Başqa təkliflər də var idimi?

– Başqa təkliflər də var idi, lakin seçimimi “Uzgen”dən yana etdim. Menecerimlə məsləhətləşdim və nəticədə bu qərara gəldik. Düşünürəm ki, karyeram üçün doğru qərarı vermişəm.

– “Uzgen”də artıq ikinci oyununuzu keçirmisiniz. “Alqa” və “Talant”la matçlar barədə təəssüratlarınız necədir?

– Çox vacib qələbələr oldu. Komanda olaraq yaxşı oynadıq və üstün tərəf biz idik. Qələbəyə layiq idik. Öz üzərimdə daha çox işləyirəm ki, komandama daha çox faydam dəysin.

– Legioner futbolçu olaraq ardıcıl iki matçda qol vurdunuz. Hədəfiniz nədir?

– Qol vurmaq həmişə xoş hissdir. Əsas odur ki, komandama kömək etdim. Sevinirəm ki, qolum qələbəyə töhfə verdi. Bu, mənim üçün motivasiyadır. Növbəti oyunlarda da qol və qollar vurmaq üçün öz üzərimdə çalışıram. Məşqçilər korpusunun və mənə inananların inamını boşa çıxarmayacağama ümid edirəm. Əsas məqsədim komandaya maksimum fayda vermək və mümkün qədər çox qələbə qazanmaqdır. Hər matçda özümü yaxşı tərəfdən göstərməyə çalışıram.

– “Turan Tovuz”dan ayrılmağınız bir qədər gözlənilməz oldu. Bu qərar Kurban Berdıyevdən yetərincə şans almamağınızla bağlı idi?

– Əslində komandada qalmalı idim. Lakin təklif gəldikdən sonra məsələni müzakirə etdim. Berdıyev ilə də danışdım və o, mənə icazə verdi. Bundan sonra təklifi qəbul etdim. Eyni zamanda legioner həyatı yaşamaq istəyim də bu qərarımda mühüm rol oynadı.

– Qırğızıstan liqası barədə əvvəlcədən məlumatınız var idimi?

– Bəli. Araşdırdıqdan sonra gördüm ki, həm ölkə, həm də liqa inkişaf mərhələsindədir. Burada futbolsevərlər çoxdur və oyunlara maraq böyükdür.

– Karyeranızla bağlı yaxın gələcək üçün əsas planlarınız nələrdir?

– Əsas məqsədim özümü yaxşı tərəfdən göstərmək, komandama fayda verməkdir. Gələcəkdə daha güclü klublardan təklif gözləyəcəm.

– Bizim çempionatda legioner limiti aradan qalxdıqdan sonra komandalar yerli oyunçulara çox az şans verir. Hətta yığmanın baş məşqçisi Fernandu Santuş milliyə çağırmağa futbolçu tapmadığını, legioner futbolçulara üstünlük verə biləcəyini deyib. Bu, sizin üçün motivasiya yaradırmı?

– Əlbəttə, bu, mənim üçün böyük motivasiyadır. Çox istərdim ki, milliyə dəvət alım. Bunun üçün də çox çalışıram, hansı ölkədə oynamağımdan asılı olmayaraq, əsas məqsədim daim yüksək səviyyədə çıxış etməkdir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri