Icma.az
close
up
RU
“Fernandu Santuşdan dəvət gözləyirdim” İsmayıl Zülfüqarlı

“Fernandu Santuşdan dəvət gözləyirdim” İsmayıl Zülfüqarlı

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı İdmanxeber.az saytına müsahibə verib.

– Qərb derbisində qalib gəldiniz. Oyunu necə şərh edirsən?

Matça ciddi hazırlaşmışdıq. Mövsümün sonuncu oyunu olmasına baxmayaraq, bu görüş derbi xarakteri daşıyırdı və çox önəmliydi. Mövsümün əvvəlində rəqibə 5:2 hesabı ilə uduzmuşduq. Bu dəfə həm revanş almaq, həm də çempionatı yaxşı notlarla bitirmək istəyirdik. Oyun bizim üçün yaxşı keçdi. İkinci hissədə daha bir neçə şansımız oldu, amma dəyərləndirə bilmədik. Amma yenə də qələbə qazandıq və azarkeşlərimizi sevindirdik. Bu da bizi çox xoşbəxt etdi.

– İkinci hissədə sanki nəticə sizi qane edirdi və daha çox müdafiə olunurdunuz. Hücumlara elə də çıxmırdınız…

Açığı, belə deməzdim. Sadəcə birinci hissədə 4:0 hesabı ilə öndə olduğumuz üçün bir qədər rahatlıq yarandı. Rəqib də ikinci hissədə aqressiv oynamağa başladı və daha çox hücum etməyə çalışdı. Amma ikinci yarıda bizim də bir çox qol epizodlarımız var idi, sadəcə onları reallaşdıra bilmədik. Ümumilikdə isə oyun bizim üçün yaxşı keçdi və əsas odur ki, qalib gəldik.

– Mövsümü “Turan Tovuz”da keçirdin. Çıxışını necə  qiymətləndirirsən? 

Səmimi desəm, mövsüm həm komanda, həm də mənim üçün yaxşı keçdi. Amma öz çıxışımdan tam razı qalmadım. Çempionat başlamazdan əvvəl özümə müəyyən məqsədlər qoymuşdum, istədiyim nəticələrin bəzisinə çata bilmədim. Qol vurmaq, daha çox assist etmək istəyirdim. Düzdür, bunlar hər şey deyil, amma komandaya daha çox kömək etmək niyyətim vardı. Buna baxmayaraq, düşünürəm ki, “Turan Tovuz”a müəyyən qədər  faydam oldu.

– Milli komandanın heyəti açıqlandı. Fernandu Santuşdan dəvət gözləyirdin?

 Açığı, çağırılacağımı gözləyirdim. Bizim komandadan milliyə layiq olan başqa oyunçular da var idi. Məsələn, Faiq Hacıyev, Ayxan Hüseynov və daha bir neçə ad çəkə bilərəm. Amma milli komandanın baş məşqçisi belə qərar verdi və biz də buna hörmətlə yanaşmalıyıq. İnşallah, növbəti mövsümdə daha çox çalışıb bu sevinci yaşamaq istəyirik.

– “Turan Tovuz”la müqavilən bitib, “Neftçi”yə qayıdacaqsan. Bu barədə klubla danışığınız olub? “Neftçi”də qalmaq istəyirsən, yoxsa yenidən “Turan Tovuz”da oynamaq?

 Bəli, “Neftçi” ilə müqaviləm davam edir. Yeni mövsümün əvvəlində oraya qayıtmalıyam. Hələlik konkret bir şey yoxdur, amma yəqin ki, danışıqlar olacaq. Dəqiq qərar verilməyib.

– “Neftçi” artıq iki ildir ki, avrokuboklara vəsiqə qazana bilmir. Bu, məxsus olduğun klub üçün nə deməkdir?

 “Neftçi” kimi bir klubun hər mövsüm avrokuboklara vəsiqə qazanmaq istəyi olmalıdır. Son iki mövsümə baxsaq, komandanın tam içində deyildim. Amma bəzi çatışmazlıqlar hiss olunurdu. Samir Abasov gələndən sonra bu boşluqları aradan qaldırmağa çalışdı, amma komandanı özü qurmadığı üçün bəzi şeylər istənilən kimi alınmadı. Ondan öncəki məşqçilər – Roman Qriqorçuk və Adrian Mutu mövsümün əvvəlindən komandaya rəhbərlik etsələr də, lazım olan təsiri göstərə bilməmişdilər.

Fərid Nəsibov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri