Icma.az
close
up
RU
Orxan Nəcəfov: ABŞ Türkiyəni Suriyada neytrallaşdırmaq üçün Rusiyadan faydalanır SÖHBƏT

Orxan Nəcəfov: ABŞ Türkiyəni Suriyada neytrallaşdırmaq üçün Rusiyadan faydalanır SÖHBƏT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Suriyada Türkiyənin mövcudluğu öz aktuallığını qoruyub saxlayır


Türkiyə ilə yeni Suriya hakimiyyəti arasında əməkdaşlıq həm də kürd qruplaşmaları neytrallaşdırmaq üçün lazımdır

Azərbaycan Suriya və İsrail arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər


Amerikanın Suriyadakı maraqları təkcə de-eskalasiya və tərəflər arasında vəziyyətin sabitləşdirilməsi ilə məhdudlaşmır


Suriyada son illərdə baş verən siyasi və hərbi dəyişikliklər nəticəsində xüsusilə Bəşər Əsəd rejiminin devrilməsindən sonra bölgədə yeni geosiyasi reallıqlar formalaşır. ABŞ, Türkiyə, Rusiya, İsrail və digər regional güclərin maraqları Suriya ətrafında mürəkkəb diplomatik prosesləri artırır. Eyni zamanda Azərbaycan kimi regional aktorların Suriya və İsrail arasındakı dialoqa töhfəsi də yeni perspektivlər açır. 

Bu gün isə son 25 ildə ilk dəfə İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib. Bununla bağlı “Axios” portalı məlumat yayıb. Görüşün Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirildiyi bildirilib.


Şərqşünas alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis Orxan Nəcəfov İsrail-Suriya münasibətləri və digər dövlətlərin bu məsələdə maraqları ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:


Suriya ilə ABŞ arasında münasibətlərin yeni mərhələyə keçməsi haqqında nə düşünürsüz?

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu dövlətlə ABŞ-nin əlaqələri yeni mərhələyə keçib. Bu ilin əvvəllərində də Ər-Riyadda Suriyanın keçici prezidenti Əhməd əş-Şaraa ilə ABŞ prezidenti Donald Tramp arasında görüş oldu. Bu görüşdən sonra Trampın Suriya üzərində Amerika sanksiyalarının götürülməsi barədə qərarı da bəyan edildi. Suriya və İsrail xarici işlər nazirlərinin görüşünün Amerikanın xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirilməsi Amerikanın bu dövlətlər arasında gərginliyin azaldılmasına, yaranmış vəziyyətin müəyyən mənada sabitləşdirilməsinə xidmət eləyir. 


Amerikanın Suriyadakı maraqları nələrdir?

Amerikanın Suriyadakı maraqları təkcə de-eskalasiya və tərəflər arasında vəziyyətin sabitləşdirilməsi ilə məhdudlaşmır. Onun özünün də strateji hədəfləri, xarici siyasət prioritetləri var. Təbii ki, Amerika Suriyadakı yeni hakimiyyətlə müəyyən əlaqələr qurmağa çalışır və keçmişdə nail ola bilmədiyi hədəflərinə indi çatmaq istəyir.

Məlumdur ki, İsrail və Suriya arasında münasibətlər son 50 ildə o qədər yaxşı olmayıb. Proseslər iki dövlət arasında İsrail dövlətinin yaranmasından sonra başlayıb və bu, tarixi bir mübarizədir.


Süveyda bölgəsində baş vermiş qarşıdurma Suriya hökumətinin mövqeyinə necə təsir göstərdi?

Bugünkü görüşün əsas mövzusu iki həftə əvvəl Suriyanın Süveyda bölgəsində etnik və dini azlıq olan druzlarla yerli ərəb əşirətləri arasında baş vermiş münaqişə idi. Bu qarşıdurmadan sonra Suriya hakimiyyətinin silahlı qüvvələri ərəb bədəvi səhra tayfalarının tərəfini tutaraq münaqişəyə müdaxilə etmişdi. Bir həftə ərzində burada 1200-ə yaxın insan həyatını itirdi və İsrail druzları müdafiə məqsədi ilə Süveydadakı Suriya hərbi bazalarına və o cümlədən paytaxt Dəməşqin özündə də bir sıra obyektlərə zərbələr endirdi. Bu da müəyyən mənada yeni Suriya hökumətini danışıqlar masasına gəlməyə vadar elədi.  


İsrailin Colan təpələri istiqamətindəki Suriya ərazisində bufer zona yaratması hansı məqsədə xidmət edir?

Bəşər Əsəd rejimi devriləndən sonra İsrail dövləti mövqeləndiyi Suriyanın Colan təpələrindəki yüksəklikləri keçdi və artıq o 1974-cü il müqaviləsinə əsasən müəyyən edilmiş məhdudlaşdırıcı xətti də keçərək birbaşa Suriya ərazisinə daxil oldu və özünə bufer zona yaratdı. İsrailin məqsədləri məlumdur. O bunu özünün milli təhlükəsizlik maraqları ilə izah edir. İsraildə yeni Suriya hakimiyyətinə qarşı müxtəlif siyasi dairələrə, elitalara qarşı bir o qədər güvən, inam yoxdur. Onlar Suriyadakı hakimiyyətin radikal islamçılara məxsus olduğunu bildirirlər və buna görə özlərinin çəkindiyini elan edirlər.  


İsrailin son addımları Türkiyənin Suriya siyasətinə necə təsir göstərib?

Burada Türkiyə faktoru da var. Bu sonuncu faktor deyil. İsrailin son aviazərbələrindən sonra Türkiyə hökuməti Suriya ilə hərbi əməkdaşlığını daha da genişləndirməyə niyyətli olduğunu bildirdi. Bir müddət əvvəl Suriyada Türkiyə bazalarının yerləşəcəyi haqqında məlumatlar da yayıldı. Bu kontekstdə Suriyada Türkiyənin mövcudluğu öz aktuallığını qoruyub saxlayır.  


Türkiyənin Bəşər Əsəd rejiminin devrilməsində hansı rolu olub?

Suriyada keçmiş rejimin devrilməsində də Türkiyənin böyük rolu olub. Türkiyə olmasaydı bu proses baş verə bilməz və uğurla nəticələnməzdi. Eləcə də Suriyanın bugünkü siyasi xəritəsi bu dərəcədə dəyişməzdi.


Türkiyənin Suriyadakı silahlı kürd qruplaşmalarına münasibəti necədir?

Türkiyəni narahat edən məqamlardan biri də silahlı kürd qruplaşmalarıdır. Rəsmi Ankara onları keçmiş PKK-nın bir hissəsi hesab edir. Sərhədlərə bilavasitə yaxınlığı onları Türkiyə üçün də təhlükə obyektinə çevirir. Türkiyə ilə yeni Suriya hakimiyyəti arasında əməkdaşlıq həm də ona görə lazımdır ki, kürd qruplaşmaları da neytrallaşdırıla bilsinlər.


Kürd icmasının Suriyanın ərazi bütövlüyünü istəyir?

Suriya hakimiyyəti kürdlərlə də, kürd icması ilə də müəyyən danışıqlar aparıb. Kürd icması da, kürdlərin yaşadığı bölgənin nümayəndələri də Suriyadan ayrılmaq deyil, onun ərazi bütövlüyünü dəstəkləmək fikrində olduqlarını bildirdilər. Ancaq Bəşər Əsəd dövründən fərqli olaraq özləri üçün müəyyən yeni haqlar və hüquqlar da tələb etdilər.


ABŞ-ın hərbi mövqeyi və gələcək planları nəyi əhatə edir?

ABŞ neftlə zəngin Suriyada sabitliyin olmasında qərarlıdır ki, bu da enerji resurslarının tranziti və onun təhlükəsiz formada mövcudluğunu təmin etmək məqsədi daşıyır. ABŞ bu danışıqlarda həm də vasitəçilik etməklə müəyyən mənada Türkiyənin özünün də proseslərdə rolunu azaltmağa və öz nəzarətini gücləndirməyə çalışır. ABŞ hərbçiləri Suriyada müəyyən bir kontingent daxilində fəaliyyət göstərirlər. Bu, Suriyada vətəndaş müharibəsindən bu yana olan faktordur. Lakin ABŞ Suriyadan öz hərbçilərini çıxarmaq niyyətini də bəyan edib.  


ABŞ-ın Suriyada vasitəçilik etməsi Rusiyanın bölgədəki nüfuzuna necə təsir göstərir?

ABŞ-nin vasitəçilik etməkdə məqsədlərindən biri də Rusiyanın bu bölgədəki keşmiş nüfuzunu və Rusiyanın bura təsir imkanlarını daha da azaltmaq məqsədi güdür. Aprel və may aylarında Latakiya və Tartus bölgələrində yerli bədəvilərlə Suriya hökuməti Silahlı Qüvvələrinin ordusunun və polisinin toqquşmalarının Rusiyanın da, İranın da alovlandırıldığı haqqında məlumatlar var idi.


ABŞ Türkiyəni neytrallaşdırmaq üçün Rusiyadan necə faydalanır?

Nə qədər paradoksal görünsədə ABŞ-nin Türkiyəni neytrallaşdırmaq üçün Rusiyadan faydalanması və Rusiya bazalarından Türkiyə bazalarına əks qüvvə kimi istifadə etməsi faktorları da var. Bunun hansı formada baş verəcəyi müəyyən deyil. Ola bilər ki, müəyyən bir formada həmin rus bazalarının bir hissəsi öz mövcudluğunu saxlasın. 


Suriyadakı proseslərdə BMT-nin rolu necədir ?

Çox təəssüf ki, biz bu gün Suriyada baş verən proseslərdə beynəlxalq birliyin və ən əsası beynəlxalq birliyi təmsil edən rəsmi orqanın-BMT-nin fəaliyyətinin demək olar ki, yox dərəcəsində olduğunu görürük. Suriyadakı tənzimlənmə prosesində ayrı-ayrı dövlətlərin, super güclərin iştirakı göz önündədir. Bunun müəyyən müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Ona görə ki, BMT beynəlxalq hökumətlər arası orqan olaraq müəyyən mənada dövlətlərin, adını çəkdiyim qüvvələrin geopolitik maraqlarını o cümlədən onlardan irəli gələn praktik fəaliyyətlərini tənzimləyə bilərdi. Eləcə də maraqlar nisbətinə və qüvvələr nisbətinə nail ola bilərdi.


Suriyanın və İsrailin xarici işlər nazirlərinin görüşündə  Azərbaycanla  hansı rolu olub?

Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə İsrail xarici işlər naziri Gideon Saaranın görüşü müəyyən mənada Əhməd əl-Şaraanın Bakıya gəlişi ilə də əlaqələndirilə bilər. Ümumiyyətlə Azərbaycan Suriya və İsrail arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. Əhməd əl-Şaraanın rəsmi görüş hədəfləri məlumdur.  Azərbaycsan hökumətinin İsrail dövləti ilə çox yaxşı əlaqələri var. Görünür Suriya da həm də buna görə Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasında maraqlıdır. Bu iki dövlət arasında münasibətlərin normallaşdırılmasına Azərbaycan böyük töhfəsini verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri