Icma.az
close
up
RU
Orxan Saffari özünü necə aldadır?

Orxan Saffari özünü necə aldadır?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Anar Oğuzun “Bomba oğlan” adlı yazısını təqdim edir.


Keçən il Orxanla təsadüfən şəhərdə qarşılaşmışdıq, ayaqüstü söhbətləşəndən sonra kitabını imzalayıb mənə hədiyyə etmişdi. Kitabı oxumuşdum, hətta bir neçə hekayəni bəyəndiyimi xatırlayıram.

Dünən onun haqqında Elşən Əzimin “Uğursuz talelər kitabı” adlı yazısını oxudum. Elşən Əzimin yazısını oxuyanda fikir verdim ki, “20-ci sahə” kitabı haqqında heç nəyi xatırlamıram. Niyə mən bu kitab haqqında heç nə xatırlamıram? Bu suala cavab tapmaq üçün məcbur qalıb kitabı təzədən oxumalı oldum.

Kitabı oxuyarkən Orxanın dili və üslubu məndə ikrah hissi yaratdı. Orxan iddia edir ki, o danışıq dilində yazır. Lakin gündəlik həyatdakı danışıq dili ilə ədəbiyyatdakı danışıq dili bir-birindən fərqlidir.

Məsələn, gündəlik həyatda başımıza gələn hadisəni qarşı tərəfə danışanda söhbətə hardan gəldi başlayıb, nətər gəldi danışırıq. Biz başımıza gələn hadisəni tam ətraflı, bütün detalları ilə xatırladığımız üçün, elə bilirik ki, qarşı tərəf də mövzuya bizim qədər bələddir. Ona görə də çox vaxt dediyimiz cümlələr dolaşıq, mənzərə bulanıq olur. Əgər cümlələr dolaşıq, mənzərə bulanıqdırsa, qarşı tərəf sual verir, bulanıq yerləri dəqiqləşdirir və dialoq davam edir.

Ancaq ədəbiyyatda oxucunun müəllifə sual vermək, dəqiqləşdirmək imkanı olmadığına görə müəllif məcburdur ki, cümlələri aydın, səlis, rəvan yazsın. Mənzərə aydın olmalıdır, oxucu mənzərəni tərtəmiz görməlidir. Nəsrdə dili, üslubu bir pəncərə şüşəsi kimi təsəvvür etsək, müəllif bu şüşəni o qədər təmizləməlidir ki, oxucu şüşəni yox, birbaşa mənzərəni görməlidir.

Əlbəttə ki, bu, həm də redaktorun işidir.

İndi bilmirəm, Şərif Ağayarmı Orxanın hekayələrinin redaktə işinə məsuliyyətsiz yanaşıb, yoxsa redaktəsiz versiya o qədər pis gündə imiş ki, Şərif Ağayar mətni redaktə etməyib, sadəcə mətnlə mübarizə aparıb, axırda da məğlub olub?

Hər iki ehtimalda kitab redaktə olunmayıb deməyə haqqımız var. Bunu deməyə həm də ona görə haqqımız var ki, redaktorun işi sadəcə cümlə düzəltməkdən ibarət deyil.

Orxan Saffari, yəqin ki, Bukovskinin, Henri Millerin bir-iki əsərini oxumaqla onların təsirinə düşüb. Orxan Saffari elə bilir ki, “lifçik-trusik”, “sevişmək”, “öpüşmək” “XNXX”, “məmə” və “nəşə” kimi detallardan istifadə etməklə yeraltı ("underground") ədəbiyyat nümunəsi yaradır, Bukovski, İrvin Velş, Uilyam Berrouz, Henri Miller kimi yazır və ya kənardan onlar kimi görünür. Bu insanların çox güclü mütailə, ədəbiyyat bazası olub. Orxan onların yazdıqlarının zahiri tərəfinə aldanıb. Oxuduqlarını səthi qavrayıb və dərhal imitasiya etmək istəyib.

Açığı, mən Orxanın Henri Miller oxumağına da inanmıram. Orxan Henri Millerin əsərlərini oxusaydı, onun nə qədər güclü mütailəyə malik olduğunu görərdi.

Orxan Saffari “lifçik-trusik”, “sevişmək”, “öpüşmək”, “XNXX”, “məmə” və “nəşə” kimi detallardan istifadə etməklə yeraltı ədəbiyyatla yox, belaltı ədəbiyyatla məşğuldur.

Yeraltı ("underground") ədəbiyyatda dil qəsdən pozulur, küçə leksikonundan qəsdən istifadə edilir, amma bu, bir üslub kimi, şüurlu şəkildə edilir. Müəllif, cəmiyyətin üzünə həqiqəti tüpürmək üçün o dili seçir.

Yeraltı ədəbiyyatda, məsələn, bir kişi zirzəmidə, küçədə, parkda yaşayırsa, müəllif o kişinin niyə orada olduğunu, sistemin onu necə o hala saldığını araşdırır, göstərməyə çalışır. Məsələn, Bukovski içki və qadınlardan yazanda, əslində, tənhalıqdan, özünün qaranlıq tərəflərindən və ümidsizlikdən yazırdı. “Poçt idarəsi” əsərində Bukovskinin bir qadını zorlaması səhnəsi var.

“ - kömək edin, məni zorlayırlar, kömək edin…

Bəli, o haqlı idi. Mən onu zorlayırdım”.

Yeraltı ədəbiyyatda bu kimi intim səhnələri, zorakılıq bir vasitə kimi istifadə olunur. Bu vasitələrin məqsədi isə cəmiyyətin saxta mənəviyyatını, sistemin çürüməsini və insanın daxili qaranlığını göstərməkdir. Burada seks və çirkinlik sadəcə bir vasitədir. Müəllif səni iyrəndirərək və ya şoka salaraq düşündürmək istəyir.

Orxan Saffari isə elə bilir ki, cəmiyyətdə qeyri-etik sayılan nəyi yazsa, ədəbiyyat olacaq. Yaxşı ki, Orxan Saffarinin Füzuli rayonunda böyümək imkanı olmayıb. Yoxsa indi onun kitabında eşşəklə, atla, keçi ilə cinsi əlaqəyə girən obrazlara rast gələcəkdik. Allahımız gətirib ki, Orxan 20-ci sahədə böyüyüb.

Kitabda “Əjdər”, “Zəngəzur dağlarında”, “Kimsəsizlər Qəbiristanlığı”, “İrina Qasparyan” hekayələri digər hekayələrə nisbətən daha yaxşıdır. Onlara, çətin də olsa, hekayə demək olar, yerdə qalanları isə əhvalatlar, anektodlar, hekayə qaralamalarıdır.

Bu nisbətən yaxşı dediyimiz hekayələri də Orxan, yəqin, şüurlu şəkildə yazmayıb, təsadüfən belə alınıb. Çünki Orxan çox primitiv qaydaları belə gözləmir.

Orxan bütün hekayələrində “mən bomba oğlanam” qışqırır. Kimsə Orxanla nə vaxtsa şit zarafat edib, ona “sən bomba oğlansan” deyib, Orxan da bu şit zarafata inanıb. O adam kimdirsə, bir şit zarafatla Orxanı bədbəxt edib. Orxan "bomba oğlan" obrazına girib və bu obrazdan çıxa bilmir. Bəlkə də heç kim Orxanla şit zarafat etməyib, bomba oğlan olduğuna Orxan özü özünü inandırıb. Bütün hallarda kədərli mənzərədir. Orxan həqiqətən də inanır ki, bomba oğlandır, onun bomba oğlan kimi çox maraqlı həyatı var və o hekayələrində öz həyatını, gördüklərini yazır.

Flober deyirdi ki, müəllif mətndə Allah kimi olmalıdır, hər yerdə hiss edilməli, amma heç yerdə görünməməlidir.

Orxan Saffari isə hər yerdə görünür, oxucuya barmaq edir, amma hiss edilmir.

Məsələn, “Kor bağır” hekayəsində ədəbiyyat bu cümlədədir: “Bağır heç nə görməsə də, hər şeyi hiss edirdi”.

Müəllif ədəbiyyatın bu cümlədə olduğunu hiss etməli və bu cümləni deməməli idi. Bu cümləni hekayənin ideyası olaraq gizlətməli idi. Ədəbiyyat ideyanın gizləndiyi yerdədir.

Müəllif təsvirləri, detalları, səhnələri, ab-havanı bu ideyanın üzərində qurmalı və elə bir situasiya yaratmalı idi ki, o situasiyadan oxucu bu mənanı çıxarsın: “Bağır heç nə görməsə də, hər şeyi hiss edirdi”.

Amma Orxan bəy hekayədə bu cümləni bir dəfə girişdə, bir dəfə də finalda işlədir. Hətta əlacı olsaydı hekayənin adını da belə qoyardı: “Bağır heç nə görməsə də, hər şeyi hiss edirdi”

Həsən epizodunun isə hekayəyə, ümumiyyətlə, dəxli yox idi. Bilmədim, müəllif o epizodu niyə yazıb? Bəlkə də, qızlar dodağı qəşəng, iri, gözəgəlimli görsənsin deyə bir qram silikon vurub şişirdiyi kimi, Orxan da hekayəyə bir epizod artırıb ki, hekayəsi qəşəng, iri, gözəgəlimli görsənsin. Qızların dodağında silikon necə görünürsə, Orxanın “Kor bağır” hekayəsində də Həsən epizodu elə görünür.

Orxan Saffari düşünür ki, “hekayə nədir?” sualına verilən cavabları onun hekayələrində tapmamağımız onun üslubudur. Lakin o, şiddətli şəkildə yanılmaqda və vaxt itirməkdədir.

Üslubu yalnız yaxşı və möhkəm bünövrəyə sahib olduqdan sonra yaratmaq mümkündür.

Yaxşı və möhkəm bünövrə yoxdursa, üslub yaratmaq cəhdi ən yaxşı halda yeniyetmə hoqqabazlığı kimi görünəcək.

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri