Osimhen bu qış Qalatasaray da qalmaqla düzgün addım atdı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
''Qalatasaray''ın ötən yay ''Napoli''dən icarəyə götürdüyü Viktor Osimhen qış transfer dönəmində ''Mançester Yunayted'', ''Çelsi'', ''Arsenal'' kimi nəhənglərin maraq dairəsində olmasına baxmayaraq mövsümü İstanbul nəhəngində bitirməyə qərar verdi.
26 yaşlı nigeriyalı forvardın ''Cim-Bom''da qalması qərarına ölkəsindən də dəstək gəlib.
Daha öncə ''Barselona''da da oynamış sabiq nigeriyalı futbolçu Emmanuel Amunike Osimhenin düzgün qərar verdiyini bildirib:
''Viktor ara transfer dönəmində tələm-tələsik addım atmamaqla və ''Qalatasaray''da qalmaqla düzgün qərar verdi. O, Türkiyədə böyük coşqu ilə qarşılandı və çox sevilir. Bu sevginin qarşılığını verə bilməsi çox önəmlidi. Potensialını yenidən göstərməyi bacarır. Bunun bir səbəbi də ''Napoli'' ilə yaşadığı anlaşılmazlıqdan və orda ona şans verilməməsindən qaynaqlanır. Mövsüm bitdikdən sonra zatən çoxsaylı təkliflər alacaq. Bu təkliflər həm ona, həm də ''Napoli''yə yeni fürsətlər yaradacaq. Əminəm ki, ''Qalatasaray''dan məmnun bir şəkildə ayrılacaq. Klub və fanatlar onunla heç bir problem yaşamayacaq. Ümumi götürəndə Osimhen ve meneceri düzgün planlaşdırma edib''.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















