Osimhen “Liverpul”a qarşı oynayacaqmı?
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Liverpul”la keçiriləcək görüşdə komandasına kömək edə bilər.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk “Konyaspor” matçından sonra milli komandası Nigeriyanın matçı zamanı zədə almış 26 yaşlı futbolçunun vəziyyətini şərh edib:
“Dünən məşqin bir hissəsində komandaya qoşuldu. Bu gün tibbi yoxlanışdan keçdi, kiçik ağrıları var. Əgər bunlara dözə bilsə, ‘Alanyaspor’ oyununda komandamızla birlikdə olacaq. Onu məşqlərdə sınayacağıq. Ağrıları davam edir. “Alanyaspor” üçün iştirak ərizəsində heyətdə, “Liverpul” matçında isə meydanda olmasını gözləyirik.”
“Qalatasaray” sentyabrın 26-sı Super Liqanın 7-ci turunda “Alanyaspor”la qarşılaşacaq. “Liverpul”a qarşı görüş isə sentyabrın 30-da olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















