Icma.az
close
up
RU
Öskürəyi azaldan qidalar Dərmansız həll

Öskürəyi azaldan qidalar Dərmansız həll

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Qış aylarında soyuq havanın təsiri ilə artan öskürək çox vaxt sadə bir şikayət kimi qəbul edilir, lakin gündəlik həyatın keyfiyyətini ciddi şəkildə aşağı salır.

Medicina.az xəbər verir ki, həftələrlə davam edən öskürək boğaz ağrısına, əzələ gərginliyinə və xüsusilə gecə yuxusunun pozulmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, hər öskürək üçün dərhal dərmana müraciət etmək əvəzinə, evdə tətbiq oluna bilən bəzi sadə qidalanma üsulları ilə bu şikayəti aradan qaldırmaq mümkündür.

Öskürək əsasən iki qrupa bölünür. Biri quru və qıdıqlayıcı öskürək, digəri isə bəlğəmlə müşayiət olunan sinə ilə əlaqəli öskürəkdir. Mütəxəssislər bəzi təbii qidaların hər iki öskürək növünə sakitləşdirici təsir göstərə biləcəyini bildirirlər.


Bal və limon

Mütəxəssisin fikrincə, öskürəyi tamamilə aradan qaldırmasa belə, daha dözümlü etməyin ən praktik yolu bal və limonun qarışımıdır. İsti suya əlavə edilən bal və limonun boğazı sakitləşdirə və öskürək refleksini boğa biləcəyinə dair elmi araşdırmalar var. Xüsusilə balın gecə öskürən uşaqlarda öskürək tezliyini azaltdığını göstərən tədqiqatlar diqqətəlayiqdir.

Həmçinin bildirilir ki, çox şirin qidalar dilə təmasda olduqda öskürək refleksini müvəqqəti olaraq boğa bilər.


Zəncəfil, sarımsaq və sarıkök təsiri

Bal və limondan əlavə, zəncəfil və sarımsaq da tövsiyə olunan qidalar arasındadır. Bu iki qidanın boğazda və tənəffüs yollarında müəyyən reseptorları stimullaşdırdığı və öskürək həssaslığını tədricən azaltdığı bildirilir. Həmçinin sarıkökün boğaza sakitləşdirici təsir göstərə biləcəyi və qoruyucu xüsusiyyətlərə malik olduğu da qeyd olunur.

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 05 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri