Osloda Norveçin qələbəsini qeyd etdilər: 30 nəfər yaralandı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə dünya çempionatının 1/8 final matçında Norveç millisinin Braziliya üzərində qələbəsini qeyd etmək üçün Osloda təşkil edilən atəşfəşanlıqdan sonra təxminən 30 nəfər tibbi yardıma müraciət edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "TV2" telekanalı Oslo paytaxt polisinə istinadən məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 30 zərərçəkən şəhərin təcili yardım şöbələrinə daxil olub. Oslo polis rəisi Eyvind Hammervold bütün xəsarətlərin yüngül olduğunu bildirib.
Telekanal bildirib ki, milli komandanın qələbəsinə həsr olunmuş atəşfəşanlığı təxminən 100 000 insan izləyib.
Qeyd edək ki, Norveç milli komandası iyulun 5-də Braziliya komandasını 2:1 hesabı ilə məğlub edib və tarixində ilk dəfə olaraq dünya çempionatının dörddəbir finalına yüksəlib, orada isə İngiltərə ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 06 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















