Icma.az
close
up
RU
Osmanlı İmperiyası 500 il əvvəl süqut olmaqdan necə xilas olmuşdu? TARİX

Osmanlı İmperiyası 500 il əvvəl süqut olmaqdan necə xilas olmuşdu? TARİX

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1299-cu ildə Kiçik Asiya yarımadasında yaranan Osmanlı dövləti qarşıdakı illərdə A ropa Asiya və Afrika qitələrində geniş ərazilər ələ keçirərək nəhəng imperiyaya çevrilmişdi. Tarixin ən uzunömürlü dövlətlərindən olan Osmanlı İmperiyası Birinci Dünya Müharibəsinin sonlarına qədər dünya xəritəsində yer tutub. Amma onun ömrü daha qısa ola bilərdi. Belə ki, məşhur səərkərdə Əmir Teymur 1402-ci ildə Osmanlı dövlətinin varlığına son qoymaq imkanına malik idi.

Lent.az  həmin hadisə barədə materialı təqdim edir.

Keçmiş Şərqi Roma İmperiyasının irsindən yalnız yunanların olduqca məhdud bir şəkildə nəzarət etdiyi, hətta rəsmi olaraq türklərin vassallığını tanıdığı Frakiya bölgəsi və mərkəzi Konstantinopol qalmışdı. Digər yandan, Osmanlı dövləti hələ də uğurla genişlənsə də kifayət qədər sarsıntılı və tam möhkəmlənməmiş dövlət idi. 1389-cu ildən bəri hökmranlıq edən İldırım Bəyazid hökmranlığına Kosovo döyüşündə qələbə ilə başladı, öldürülən atasının yerinə ordusuna rəhbərlik etdi, sonradan Bolqarıstan, Serbiya və Kiçik Asiyanı fəth etdi. 1396-cı ildə Nikopol yaxınlığında Osmanlı qoşunları hətta səlibçilərin birləşmiş ordusunu məğlub etdilər, lakin şərqdən Osmanlı İmperiyasını olduqca böyük təhdid - Əmir Teymur gözləyirdi.

Artıq Mərkəzi və Qərbi Asiyada, Yaxın Şərqdə, Qafqazda və Hindistanda çoxsaylı qələbələri ilə adını əbədiləşdirməyi bacaran, eyni zamanda Çingiz xanın fəthlərini təkrarlamaq arzusunda olan nəhəng hökmdar, nə qədər qəribə olsa da, bu münaqişənin qızışdırıcısı deyildi. Əmir Teymur öncə Bəyazidə hərbi ittifaq təklif etdi, amma Osmanlı rəhbəri nəinki bu təklifi rədd etdi, eyni vaxtda Əmir Teymurun himayəsində olan Qaraqoyunlu hökmdarı Qara Yusifin torpaqlarına hücum etdi. 1401-ci ildən sərhəd toqquşmaları davam etdi və 1402-ci ildən Teymuri qoşunları həlledici hücuma keçdi və Osmanlı sultanını Konstantinopolun mühasirəsini götürməyə məcbur etdi. Ordular bir-birlərinə doğru irəlilədilər və Tamerlan sultanı 1402-ci ilin iyulunda Orta Anadoluda Ankara döyüşünə girməyə məcbur etdi.

85.000 nəfərə qədər (onların üçdə birinə qədəri əcnəbilər idi) toplayan I Bəyazid döyüşdən əvvəl müxtəlif yollarla döyüşçülərin ruh yüksəkliyini zəiflətdi: onları uzun yürüşlərlə taqətdən saldı və yolda suyun olmasına əhəmiyyət vermədi, əmək haqqını ödəmədi və kəşfiyyat məlumatlarına, daha böyük təcrübəyə və faktlara məhəl qoymadı. Döyüşün lap əvvəlində demək olar ki, bütün Krım tatarları gizli şəkildə Tamerlanın tərəfinə keçdilər və inadkar qarşıdurmadan sonra (hər iki tərəf 10-15 min həlak oldu) döyüşdə qələbə Tamerlanın yanında qaldı. Yeniçərilər öldürüldü, Sultan Bayezid özü isə əsir düşdü.

Siyasi nəticələr özünü çox gözlətmədi: Osmanlı İmperiyası faktiki olaraq parçalandı, onun parçaları üzərində vətəndaş müharibəsi başladı və bütün Kiçik Asiya Tamerlanın imperiyasının hakimiyyəti altına keçdi. Sultan Bəyazid bir daha əsirlikdən geri qayıtmadı.

Mənbələrdə Bəyəzidin əsir götürülməsi ilə bağlı müxtəlif fikirlər söylənilir: bir çoxları istehza ilə qeyd edirlər ki, Tamerlanın onu heyvan kimi qəfəsdə gəzdirib, ziyafətlərdə ona sümüklər atır; kimsə yazırdı ki, onun sevimli arvadı Dəspinə xatunu əmir cariyəyə götürür və məğlub sultanın qarşısında ziyafətlərdə yemək verir; və qalib əmir iddiaya görə sonradan əsiri zəhərləyir.

Hər halda, Ankara döyüşündən bir il sonra İldırım Bayezid vəfat etdi və Osmanlı Sultanlığı cəmi on ildən sonra dirçəldi. Və onun varisləri Kiçik Asiyanı və Balkanları yenidən fəth etməyin son dərəcə çətin yolunu bir daha keçməli oldular. Ancaq belə bir məğlubiyyətdən sonra Osmanlı İmperatorluğunun heç vaxt dirçəlməmək şansı var idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri