Icma.az
close
up
RU
“Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri” kitabı çapdan çıxıb

“Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri” kitabı çapdan çıxıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva Önlenin “Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri” kitabı çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Əsər XVI əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı arxiv materiallarında Azərbaycan adı ilə əlaqədar istifadə edilən ifadələrin tədqiqinə və müxtəlif hadisələr səbəbindən adları yazışmalarda keçən Azərbaycan tarixi, mədəni coğrafiyasına aid toponim və etnonimlərin araşdırılmasına həsr olunub. Osmanlı sənədlərində Azərbaycan adı ilə əlaqədar qeyd olunmuş bir sıra ifadələr: “məmaliki-Azərbaycan”, “hüdudi-Azərbaycan”, “vilayəti-Azərbaycan”, “əhaliyi-Azərbaycan”, “əsagiri-Azərbaycan”, “Azərbaycan qaimməqamlığı”, “Azərbaycan pişkarı”, “Azərbaycan kargüzarı”, “Azərbaycan hökuməti”, “Azərbaycan Cümhuriyyəti”, “azərbaycanlılar”, “Azərbaycan pulu” və s. osmanlıca transliterasiyaları və Azərbaycan dilində tərcümələri ilə birlikdə oxucuların diqqətinə çatdırılır.

Azərbaycan toponiminin ilk yarandığı tarixdən etibarən XX əsrin əvvəlinə qədər bir sıra formalarda və dövlət idarələrinin adı ilə birlikdə ifadəsinin 1918-ci ildə onun dövlət adı kimi mənimsənməsinə təsir göstərdiyi əsərin əsas məzmunun təşkil edir.

Əsər giriş və 3 fəsildən ibarətdir. Kitabda müəllif ön sözü də yer alıb. Girişdə Atropatenadan Azərbaycana qədər toponimin tarixi inkişafı və Osmanlı sənədlərdə əksi nəzərdən keçirilir. Birinci fəsildə XVI əsrin sonu – XVIII əsrdə, ikinci fəsildə isə XIX əsr – XX əsrin əvvəllərində Osmanlı sənədlərində Azərbaycan toponimi ilə əlaqədar ifadələr araşdırılır. Üçüncü fəsil XVI əsrin sonu – XX əsrin əvvəlində Osmanlı sənədlərində Azərbaycan toponimi və etnonimlərinə həsr olunub. Fəslin sonunda toponimlərin və etnonimlərin ümumi siyahısı verilir. Sonra araşdırma zamanı əldə edilən nəticələr təqdim edilir.

Kitabın sonunda Osmanlı dövlət təşkilatı ilə əlaqədar ifadələr, terminlər və şəxsiyyətlər, istifadə olunmuş ədəbiyyatın siyahısı, Osmanlı sənədlərinin arxiv fondları və kodları və Osmanlı sənədlərində istifadə edilmiş təqvimlər təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri