Məktəblər velosipedlərlə təmin olunacaq
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistan velosiped idmanının təşviqi və inkişafı üçün yeni tədbirləri təsdiqləyib.
Newscenter.az Kazinform-a istinadən xəbər verir ki, ölkə məktəbliləri arasında velosiped idmanını inkişaf etdirmək və milli komandalar üçün perspektivli idmançılar hazırlamaq planlaşdırılır.
Qərara əsasən, 2030-cu ilə qədər müntəzəm olaraq velosiped sürən sakinlərin sayını 30 min nəfərə çatdırmaq nəzərdə tutulur.
Bundan əlavə, milli komandanın Asiya qitə yarışlarında ilk üçlüyə daxil olmasını təmin etmək, eləcə də Olimpiya lisenziyalarının sayını artırmaq qarşıya məqsəd qoyulub.
2027-ci ilin mart ayından etibarən Daşkənd velosiped idmanının inkişafı üçün ayrıca bir proqram həyata keçirməyə başlayacaq. Xüsusilə, lazımi infrastruktura malik məktəblər 2027-2028-ci illərdə tədricən velosipedlərlə təmin ediləcək.
Həmçinin, 2027-ci ilin mart ayından etibarən sağlam həyat tərzini təşviq etmək və velosiped idmanının populyarlığını artırmaq məqsədi daşıyan idman yarışları və tədbirləri müntəzəm olaraq keçiriləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Xüsusi məktəblər ləğv olunacaq?
28 Aprel 2026 14:00
Ehtiyacı olan məktəblər təmir olunacaq
12 Dekabr 2024 11:44
Məktəblər tətildə, “rəqəmsal məktəblər” fəaliyyətdədir
17 İyul 2026 16:50
Prioritet tətbiq olunacaq məktəblər bəlli olub
08 Aprel 2025 17:14
Ehtiyacı olan məktəblər təmir olunacaq KONKRET
12 Dekabr 2024 11:51
Baxış sayı:81
Bu xəbər 16 Noyabr 2026 01:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















