Icma.az
close
up
RU
Ot kökü üstə bitər

Ot kökü üstə bitər

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənub bölgəsində, Cəlilabaddan tutmuş Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarına qədər yaşlı nəsil indi də onu hörmətlə yad edir, ruhuna dualar oxuyurlar. Bir zaman Lerikdə rəhbər partiya vəzifələrində çalışmış, sonralar Astara rayon milis şöbəsinin rəisi işləmiş polkovnik - leytenant Əbdülhüseyn Abdullayevi deyirəm.

Orta boylu, dolu bədənli, qarabuğdayı bu ağayana kişinin çöhrəsindən xeyirxahlıq, nəciblik, bir sözlə nur yağırdı.

Əbdülhüseyn Abdullayevin oğlunu isə təkcə respublikamızın cənub bölgəsində deyil, bütün Azərbaycanda yaxşı tanıyırlar. Adı Rövşən olan bu igid Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biridir.

Torpaqlarımızın erməni işğalından müdafiəsi uğrunda döyüşlərdə şəhid olan polis zabiti oğlu Rövşən Abdullayev Vətənin ən yüksək mükafatına Milli Qəhrəman adına layiq görülüb. Lənkəran şəhərində onun büstü ucaldılıb.

Rövşənlə – o qəhrəman oğlumuzla bağlı qəfil yadıma düşənləri indi kövrələ-kövrələ xatırlayıram.

...İnstitutu yenicə bitirmişdim.1974-cü ilin sentyabr ayının ilk günləri idi. Təyinatımı Lerik rayonuna vermişdilər. Dəvəçi–Bakı, Bakı–Dəvəçi marşrutundan kənar çıxmayan 22 yaşlı bir gənc...O zaman qohumlarımızdan biri atamın bu narahatlığından-nigarançılığından xəbər tutub:

– Astaranın milis şöbəsinin rəisi ərkim çatan insandır, özü də əslən Lerikdəndir. O tərəflərdə xətir-hörmət yiyəsidir. Telefon açaram, məsələdən onu agah edərəm. Vəzifə sahibi olsa da, vaxt - macal tapıb Aydını özü ilə aparıb Lerikdə yerləşdirər, darıxma – deyə atamı arxayın saldı.

Bir gün sonra isə, qohumumuz “dostumla danışdım”, – deyə xəbər verdi. – Astarada yolunu gözləyir. Bu da ünvan ...

Beləcə, Lerikdən əvvəl Astaraya, deyilən ünvana yollandım.

Ev sahibi – Əbdülhüseyn müəllim məni çox mehriban, ağlıma gəlməyən bir qonaqpərvərliklə qarşıladı. “Əmi”nin bir neçə gün müsafiri oldum, halal duz-çörəyini kəsdim. Amma təyinat aldığım ünvana – Lerikə tələsirdim.

Onlarda qaldığım günlərdə “Əmi”nin ailəsi ilə də tanış oldum. Ailənin ərköyün olduğu qədər də dərrakəli, söhbətçil yaşca balaca oğlu Rövşənlə isə əməlli-başlı dostlaşdıq. Elə Rövşəndən öyrəndim ki, böyük “qaqaşı” Tofiq Bakıda həkimlik oxuyur, universitetdə oxuyan bacısı isə müəllim olacaq.

Üçünçü günün tamamında Əbdülhüseyn müəllimlə sağollaşıb Lerikə yola düşdük. Bizə öyüd-nəsihət, xeyir-dua verdi.

...İllər keçəcək, zaman-dövran dəyişəcək və mən sonralar biləcəkdim ki, həmin Rövşən böyüyüb ali hərbi məktəbdə oxuyacaq, zabit kimi doğma torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni qəsbkarları ilə müharibədə şəhid olub Vətənin ən yüksək təltifinə – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüləcək.

Əbdülhüseyn müəllimlə tanışlığımdan xəbərdar olan, bir vaxt elə özü də Lerikdə müxtəlif rəhbər vəzifələr tutmuş dostum Novruz Nəcəfoğlu ilə görüşlərimizin birində “Əmi”dən söz düşəndə təəssüflə onun bir müddət əvvəl vəfat etdiyini söylədi. Gözlərim önündə Əbdülhüseyn əminin nurlu çöhrəsi, oğlu Rövşənin şirin söhbətləri canlandı.

Aydın TAĞIYEV
yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri