Icma.az
close
up
RU
Otellərdə gecələmələr 6,4 faiz artıb

Otellərdə gecələmələr 6,4 faiz artıb

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq 1970,7 min olmuşdur.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 62,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,9 faizi Naftalanda, 4,4 faizi Qəbələdə, 3,2 faizi Şabranda, 3,0 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,4 faizi Şamaxıda, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şuşada, 1,0 faizi Masallıda, 1,0 faizi Xaçmazda və 7,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə  müqayisədə 10,3 faiz artaraq 1192,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Hindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7 faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2,0 faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya,   0,7 faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290,0 milyon manat olmuşdur ki, onun da 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ilin yanvar-iyun aylarında 21,1 faiz). Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16,0 faiz, Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən aşağı olmuşdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri