Icma.az
close
up
RU
Ötən 10 ildə yol nəqliyyat qəzalarında həyatını itirənlərin sayı 7539 nəfər təşkil edib Zahid Oruc

Ötən 10 ildə yol nəqliyyat qəzalarında həyatını itirənlərin sayı 7539 nəfər təşkil edib Zahid Oruc

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişilikləri mütərəqqi olduğu üçün müdafiə edirik. İlk növbədə, layihə mərkəzləşdiirlmiş uçot sisteminin qurunə, inzibati protokolların elektron sisteminin izlənməsinə və ən əsası nəqliyyatın idarəçiliyndə təhlükəsilziiyn təmin olunmasına kömək edəcəkdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə də sənədin 100.4 cü maddəsində göstərilir ki, barəsində inzibati xata haqqında iş üzra icraat aparılan fiziki şaxs va ya hüquqi şaxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafıq qeyd aparılır:

"Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şaxsin va ya hüquqişaxsin nümayəndəsinin izahatlar va protokolun məzmunu barasinda öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları va mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

Göründüyü kimi, nəqliyyat vasitələrini idarə edənlərin və Dövlət Yol nəzarətini həyata keçirən qurumlarında münasibətlərin daha təkmil quurlmasına, hüquqi tədbirlərin güclənməsinə xidmət edən mövqedir.

Lakin təklif edirik ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla yanaşı, DYP-nin baxdığı digər inzibati xətalar haqqında da protokol və qərarlar da bort-kompüter vasitəsilə baxılsın. İkinci oxunuşda mövqeyimizi daha deatallı əsaslandıracağıq.

Lakin biz eyni zamanda, diqqətinizi yol nəqliyyat hadisələrinin statistikasına cəlb edərək, təkcə hüquqi  deyil, həm də köklü siyasət tədbirlərinə ehtiyac olduğunu vurğulamaq istəyirik".

Millət vəkili qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1427 qəza və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq, 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.

"Göründüyü kimi, hər gün iki nəfərin ölümü, 3.5 nəfərinsə yaralanmasına səbəb olan yol nəqliyyat qəzaları ölkəmizin genefonduna zərbə vurur. On il ərzində baş verən qəzaların ümumi statiskası hər birimizi narahat etməlidir- ölənlərin sayı 7539 nəfər, yaralananlarsa 16.515 nəfər təşkil edir. Biz 2-ci Qarabağ savaşında müqəddəs şəhidlərimizin sayının 3 min nəfər olduğunu bilərək, millətimizn hansı bir hissəsinin həyatının məhz yollarda qurban getdiyini həyacan siqanlı kimi qəbul etməliyik. Türkiyədə “trafik canavarı” adlanan bəlanın ölkəmizdəki səbəblərinin geniş təhlil olunması vacibdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib.

Yol təhlükəsizliyi ilə bağlı Beynəlxalq indekslərdə Azərbaycanın mənzərəsi ciddi narahatlıq doğuracaq sıralamadadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Yol nəqliyyatında ölüm nisbəti (hər 100 000 nəfərə). 5 fevral 2024-cü il Hesabatına” görə,Azərbaycanda hər yüz min nəfərə ölüm nisbəti 17.2 nəfərdir. Bu rəqəm dünyada 15,Avropada-6, Ermənistanda-13.6, Gürcüstanda 12.7, Fransada 4.7-kimidir. Çin (17.4) və Azərbaycanın (17.2 nəfər) göstəricisinin demək olar eyni olması bu sahədə olduqca ciddi problemlər olmasını, islahatlarla bağlı ciddi addımlar atılmasını tələb edir.

Beləliklə, hökumət orqanları üzərinə düşən mühüm vəzifələrdən biri də yol nəqliyyatı sferasında müxtəlif proqramları və siyasət qərarlarını qəbul etməsidir. Dəhşətli statistikanın yalnız bir komponenti-piyadaların ölümü ilə nəticələnən hadisələri  təhlil edərkən, Əfv Komissiyasının üzvü kimi görürdük ki, qəzaların baş verməsi zamanı “yol piyadanındır” hökmü ilə hərəkət edən insanların ölümü ilə nəticələnən hadisələr üstünlük təşkil edir. Səkidə, yaxud digər özəl şəraitlərdə deyil, məhz magistral və şəhər mərkəzi yollarda həyatını itirənlər müəyyən nəticələrə gəlməyə imkan verir" - deyə komitə sədri bildirib.

Zahid Orucun fikrincə, belə bir ənənənin tarixi, milli, yaxud psixoloji köklərini araşdırmaq üçün elmi tədqiqatlara ehtiyac duyulur.

"Məsələn, bir il ərzində hansı yollarda, günün hansı hissəsində, sosial statusu, təhsili, yaşı və nəqliyyatın sürəti, eləcə də hansı yollarda, şəraitdə və coğrafi ərazidə baş verən qəzalar üzrə araşdırmaların aparılması dövlətimizin gələcəkdə verəcəyi qərarlara kömək edə bilər. Piyadalar üzrə həm bağça, həm də orta məktəblərdən başlayan prorqamlara ehtiyac duyulur. Əks halda, anqlo-saks hüquq sisteminin əsaslandığı bazaya-yəni, iqtisadi təməllərə söykənən qanun sisteminin tələblərindən çıxış etsək, vətəndaşların vergisi hesabına yeraltı və yerüstü keçidləri tanımayan, işarələrə əməl etməyən piyadalar faktiki olaraq, külli miqdarda vəsait xərclənən və vətəndaşların təhlükəsizliyinə xidmət edən siyasəti sanki tanımırlar. Ona görə də biz bu siyasətdə dəyişikliklər etməliyik.

Bütövlükdə, yol nəzarətini həyata keçirən dövlət yol polisinin işinə uğurlar arzulayır və layihəyə müsbət səs verəcəyimizi bildiririk", - deyə deputat çıxışını yekunlaşdırıb.

Turan ASLAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri