Ötən ay 300dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində, həmçinin Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi üzrə oktyabr ayında daha 305 şəhid ailəsi üzvü və müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin olunub.
Biznes planlarına uyğun olaraq həmin vətəndaşlara “Avtoelektrik xidməti”, “Kombi ustası və təmiri xidməti”, “Kiçik foto atelye”, “Maldarlıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı” və s. istiqamətlər üzrə aktivlər verilərək onlar üçün təsərrüfatlar qurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















