Icma.az
close
up
RU
Qadını doğrayıb tikələrini zibil qutularına atdılar Qandonduran qətlin təfərrüatı

Qadını doğrayıb tikələrini zibil qutularına atdılar Qandonduran qətlin təfərrüatı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Özbəkistan vətəndaşı Durdona Xakimovanın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaqda qan donduran detallara və təhlükəsizlik kamerası görüntülərinə rast gəlinib. Gənc qadının öldürüldükdən sonra parçalara bölünərək müxtəlif ərazillərə atıldığı müəyyən edilib.

Moderator.az xəbər verir ki, İstanbulun Şişli rayonuna bağlı Duatepe məhəlləsində baş verən dəhşətli hadisənin detalları ictimaiyyəti sarsıdıb.

Belə ki, Özbəkistan vətəndaşı, 36 yaşlı Durdona Xakimovanın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaqda yeni və qorxunc görüntülər ortaya çıxıb.

Hadisə ötən gün saat 19:40 radələrində üzə çıxıb. Küçə və zibil konteynerlərindən kağız toplayan Okan Çetinbaşlar adlı şəxs konteynerdə kağız axtararkən əlində istilik hiss edib. Şübhələnərək zibil torbasını açdıqda isə orada qan və insan bədən üzvləri olduğunu görüb. Dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis və istintaq qrupları zibil konteynerində mələfələrə bükülmüş halda insan bədəni və qolları aşkarlayıb. Küçədə yerləşən başqa bir konteynerdə isə çamadanın içində cəsədə aid baş və digər bədən üzvləri tapılıb.

Aparılan araşdırmalar nəticəsində parçalanmış cəsədin silah və ov ləvazimatları satan mağazada işləyən, Özbəkistan vətəndaşı Durdona Xakimovaya aid olduğu müəyyən edilib. İstintaq zamanı Xakimovanın Ümraniyedə bir evdə öldürüldüyü, daha sonra cəsədinin taksi ilə Şişli rayonuna aparıldığı üzə çıxıb. 

Araşdırmalar çərçivəsində qətlin Xakimovanın sevgilisi olduğu iddia edilən 31 yaşlı D.A.U.T. tərəfindən törədildiyi, 29 yaşlı G.A.K.-nin isə ona yardım etdiyi müəyyən olunub. Şübhəlilərin cinayətdən sonra cəsədi çamadanla taksiyə qoyaraq Şişliyə apardıqları təhlükəsizlik kameralarına düşüb. Xaricə qaçmaq istəyən hər iki şübhəli saxlanılıb.

Bundan başqa, hadisə ilə əlaqəli olduğu ehtimal edilən E.K. adlı daha bir şəxs də gözaltına alınıb. Xakimovanın Ümraniyedə yaşadığı evdə öldürüldükdən sonra cəsədinin çamadanla balkondan çıxarılıb taksiyə yerləşdirildiyi anların görüntüləri də üzə çıxıb.

Ortaya çıxan digər görüntülərdə isə Durdona Xakimovanın Fatihdəki evindən çıxaraq Ümraniyedəki ünvana getdiyi son anlar yer alıb.

Şübhəli Dılşod Akhrol oğlu Turdımurotovun polisə verdiyi ilkin ifadə isə daha dəhşətlidir. O, Xakimova ilə mübahisə etdikdən sonra qəzəblənərək onu bıçaqladığını, öldükdən sonra isə dostu ilə birlikdə cəsədi hissələrə ayırdıqlarını etiraf edib.

Şübhəli ifadəsində bildirib:

“Çox əsəbiləşdim, mətbəxdən bıçaq götürdüm. Qaçmaq istədi, arxasından bıçaqladım. Öldüyünü anlayandan sonra cəsəddən qurtulmaq qərarına gəldik. Hamam kiçik olduğu üçün salonda parçaladıq. Əvvəl başını kəsdik, qanının axmasını gözlədik, sonra çamadana yerləşəcək şəkildə doğradıq.”

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri