Ötən ay fiziki və hüquqi şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar ayında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 100.8 milyon manat faiz ödəyiblər.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 62.3% və ya 38.7 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 62.1 milyon manat depozit faizi ödəmişdilər.
Bu dövrdə banklar tərəfindən müddətli depozitlər üzrə 47.2 milyon manat, tələbli depozitlər üzrə isə 53.6 milyon manat faiz ödənilib.
Qeyd edək ki, cari il fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artaraq 36 milyard 961 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 377.2 milyon manat faiz gəliri əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















