Icma.az
close
up
RU
Ötən il 64 milyard manatlıq sənaye məhsulu istehsal edilib AZƏRTAC

Ötən il 64 milyard manatlıq sənaye məhsulu istehsal edilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya ötən illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri-neft-qaz sektorunda isə 7,3 faiz artıb.

Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, mebel istehsalı 45,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, elektrik avadanlıqlarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,9 faiz, geyim istehsalı 24,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18 faiz, tikinti materiallarının istehsalı 16,9 faiz, içkilərin istehsalı 15,7 faiz, qida məhsullarının istehsalı 10,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, kağız və karton istehsalı 5,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 4,1 faiz, sair sənaye məhsullarının istehsalı 2,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,2 faiz, neft məhsullarının istehsalı 11 faiz, poliqrafiya məhsullarının istehsalı 23,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, maşın və avadanlıqların istehsalı isə 51,4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,7 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri