Icma.az
close
up
RU
Ötən il Abşeron yatağından qaz hasilatı 7 % ə yaxın artıb

Ötən il Abşeron yatağından qaz hasilatı 7 % ə yaxın artıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

2025-ci ildə Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən "Abşeron" yatağından 1,6 milyard kubmetr təbii qaz hasil olunub

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, "Abşeron" yatağından qaz hasilatı ilik müqayisədə 0,1 milyard kubmetr və ya 6,7 % çoxdur.

Məlumata görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1,2 milyard kubmetr və 2,4 % artımla qaz hasil edilib.

Belə ki, ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,9 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2024-cü il ilə müqayisədə 0,2 milyard kubmetr və ya 2,6 % çoxdur.

Bildirilir ki, ötən il ərzində hasil edilən qazın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan, 27,9 milyard kubmetri "Şahdəniz" yatağından hasil olunub.

2024-cü ilin göstəriciləri ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,8 milyard kubmetr və ya 6 % çoxdur. "Şahdəniz" yatağından qaz hasilatı isə ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,1 milyard və ya 0,3 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02%) və MVM (5 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri