Ötən il DƏMXyə daha çox hansı sahələrdən müraciətlərin daxil olduğu müəyyənləşib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Ötən il müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
Bildirilib ki, quruma daxil olan 23 min 222 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb, bununla yanaşı, 19 min 496 sorğu və məktuba baxılıb.
Dövlət Xidmətinin rəhbər vəzifəli şəxsləri və əməkdaşlarının fərdi qaydada qəbul etdiyi vətəndaşların sayı isə 11 min 335 nəfər olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















