Ötən il “nəhəng” adlandırmışdı, indi istefasını istəyir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabiq deputat Etibar Əliyevin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı mövqeyi cəmi bir il ərzində kəskin şəkildə dəyişib.
Modern.az xəbər verir ki, Etibar Əliyev “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” klubuna 1:4 hesabı ilə məğlub olmasından sonra Qurban Qurbanovu istefaya çağırıb.
Sabiq deputat sosial şəbəkə hesabında Qurban Qurbanovu sərt ifadələrlə tənqid edib və onun məşqçilik fəaliyyətini şübhə altına alıb.
“Qurban Qurbanovun başını buraxın: ondan məşqçi olmaz. O, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır... Futbol azarkeşi kimi bugünkü oyundan utandım. Bu utandırıcı məğlubiyyətdən sonra Qurban istefa verməlidir. Mənim və 10 minlərlə azarkeşin həyəcanını kim tarazlaşdıracaq? Qurban yaxşı aktyor ola bilərdi. Heyif ki, sənətini səhv salıb”, - deyə Etibar Əliyev bildirib.
Maraqlıdır ki, sabiq deputatın Qurban Qurbanovla bağlı mövqeyi ötən il tamamilə fərqli olub.
Belə ki, 2025-ci il sentyabrın 16-da “Qarabağ”ın “Benfika” ilə qarşılaşması ərəfəsində paylaşım edən Etibar Əliyev təcrübəli mütəxəssisi yüksək qiymətləndirib. “Qarabağ” -“Benfika” oyununun nəticəsindən asılı olmayaraq deyə bilərik ki, Qurban Qurbanov həqiqətən nəhəng məşqçidir. Nisbilik nəzəriyyəsini yaxşı bilir...” -deyə o, həmin vaxt yazıb. Beləliklə, ötən il Qurban Qurbanovu “həqiqətən nəhəng məşqçi” adlandıran Etibar Əliyev bu dəfə komandanın ağır məğlubiyyətindən sonra onun istefasını tələb edib. Sabiq deputatın əvvəlki və indiki açıqlamaları arasında təxminən bir illik zaman fərqi olsa da, Qurban Qurbanova münasibətdəki fərq kifayət qədər kəskindir.
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Tvente”yə 1:4 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















