Icma.az
close
up
RU
Ötən il SOAR sistemi üzrə alınan xəbərdarlıqların sayında təxminən 2 dəfə artım müşahidə olunub

Ötən il SOAR sistemi üzrə alınan xəbərdarlıqların sayında təxminən 2 dəfə artım müşahidə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 21 may, AZƏRTAC

2023-cü illə müqayisədə 2024-cü ildə SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Naxçıvanda keçirilən "Kiber suverenlik" konfransında deyib.

O qeyd edib ki, statistikaya nəzər salsaq, 2024-cü ildə kiberhücum cəhdlərinin analizi nəticəsində 1069 xüsusi kiberhücum indikatoru müəyyən edilərək, "AzStateNet" şəbəkəsində və dövlət e-poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş, APT kiberhücumların qarşısı alınıb.

Tural Məmmədov 2023-cü illə müqayisədə 2024-cü ildə SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunduğunu bildirib: "Belə ki, hesabat dövründə SIEM sistemində 333 milyarddan çox loq emal olunub. SOAR sisteminə ötürülən xəbərdarlıqların orta günlük sayı 5520 olub. Bununla yanaşı, Xidmətin həyata keçirdiyi kibertəhdid kəşfiyyatı nəticəsində dövlət qurumlarının informasiya sistemlərinin adlarına bənzədilmiş 110 saxta domen müəyyən edilərək, onların ölkə üzrə fəaliyyətimi dayandırılaraq potensial kiberhücum cəhdləri qabaqlanıb".

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini vurğulayıb ki, ümumilikdə, texnologiyanın sürətlə inkişaf etdiyi informasiya təhlükəsizliyi məhsullarının hər gün yeniləndiyi bir dünyada yeni milli məhsullar ortaya qoymaq çox çətindir: “Daha çətini isə, “hansı məhsulları milliləşdirməkdən başlamalıyıq” sualına cavab tapmaqdır. Amma düşünürəm ki, kibersüverenliyimizin təmin edilməsi üçün əvvəlcə əlimizdə olan resursların auditi, monitoriniqi və yoxlanılması kimi imkanların genişləndirilməsindən başlamaq ən doğru yanaşma olardı. Məhz bu səbəbdən hazırda 2 istiqamət üzrə laboratoriya qururuq, bunlardan biri Bakı Ali Neft Məktəbində qurulmasını başa çatdırmaq üzərə olduğumuz İnformasiya Təhlükəsizliyi Testləri laboratoriyasıdır. Hansı ki, həm milli həllərin, həm təchiz olunmuş həllərin yoxlanılmasını, laborator testlərini həyata keçirəcək, o cümlədən bu sahədə kadr yetişdirəcək laboratoriya funksiyasını daşıyacaq.

Digəri isə Azərbaycan Texniki Universitetində qurulan Zərərverici Analizi Laboratoriyasıdır ki, o da ölkəmizi hədəf alan xüsusi zərərvericilərin analizini həyata keçirməklə yanaşı, həm də zərərverici analizi üçün hazırda üzərində işlədiyimiz milli sandbox proqram təminatının hazırlanması və dəstəyini həyata keçirəcək. Məlumat üçün qeyd edim ki, Xidmətimizin Zərərverici Analizi Laboratoriyasının bir sıra həlləri artıq istifadəyə verilmişdir. Onlar barədə məlumatları https://mrl.cert.gov.az/  informasiya ehtiyatından məlumat əldə edə bilərsiniz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri