Ötən il Türkiyədən Azərbaycana olan məhsul ixracının həcmi açıqlanıb
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ötən il Türkiyədən Azərbaycana 2,4 milyard dollarlıq məhsul ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu göstərici 2024-cü ilin göstəricisi (3,1 milyard dollar) ilə müqayisədə 7 milyon dollar və ya 22,6 faiz azdır.
2025-ci ildə Türkiyənin qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana ixracı əvvəlki illə müqayisədə 4,6 faiz artımla 28 milyard 352 milyon 370 min dollara çatıb. Bu rəqəm 2024-cü ildə 27 milyard 92 milyon 772 min dollar təşkil edib.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 10,3 milyard dollarla İraq olub. Daha sonra siyahıda 4,7 milyard dollarla Bolqarıstan, 3,5 milyard dollarla Yunanıstan və 2,6 milyard dollarla Suriya qərarlaşıb.
2025-ci ildə ən yüksək illik ixrac artımı qeydə alınan ölkələr təxminən 70 faizlə Suriya, 6,8 faizlə Bolqarıstan və 4,5 faizlə Yunanıstan olub.
İxracda “kimyəvi maddələr və məhsullar” sektoru birinci yeri tutub. Bu sektor üzrə 4 milyard 342 milyon 989 min dollarlıq məhsul ixrac edilib. Ən az ixrac isə 38 milyon 43 min dollarla “dekorativ bitkilər və məhsullar” üzrə qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
Baxış sayı:64
Bu xəbər 06 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















