“Ötən mövsüm avrokuboklarda uğursuz oyunlarımız oldu” Musa Qurbanlı
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
“Çempion olmaq hər xaman xoşdur. Bir futbolçu nə qədər titul qazansa, karyerası bitəndən sonra hamısını xatırlayacaq. Buna görə çox sevincliyəm. Azarkeşlər digər oyunlara görə, dünən nisbətən daha çox idi. Onlar üçün yaxşı oyun göstərmək istəyirdik. Belə atmosferdə medal almaq çox önəmlidir. Böyükhesablı qələbə qazanıb kuboku qaldırdığımız üçün çox şadıq”.
Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın hücumçusu Musa Qurbanlı komandanın çempionluğu barədə danışarkən deyib. Millimizin hücumçusu daha sonra mövsümü dəyərləndirib:
“Komanda olaraq hədəfə çatdıq. Məqsədimiz çempionluq bu idi. Qarşıda kubokun finalı var. Orada da qalib gəlmək istəyirik. Mövsümü iki kubokla bitirmək niyyətindəyik. Ötən mövsüm avrokuboklarda uğursuz oyunlarımız oldu. Ancaq ona rəğmən, qrup mərhələsinə vəsiqə qazandıq və böyük klublara qarşı mübarizə apardıq. Bu da böyük təcrübədir. Şəxsi karyerama gəlincə, mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Geri dönəməkdə çətinlik oldu. Amma mövsümün sonuna doğru formamı yavaş-yavaş bərpa etdim. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olar.
Zədədən qayıdan bütün futbolçular üçün zaman lazımdı. Çünki oyundan-oyuna formaya düşürsən. Mən də davamlı oynadıqda özümü yaxşı hiss edirəm. Kubok görüşündən öncəki çempionatın son oyununa ciddi hazırlaşacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















